Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı münasibəti var"
"Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı münasibəti var"

Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük perspektivi ilə bağlı da danışıb. Prezident qeyd etmişdi ki, Şanxay Əməkdaşlıq Təşkilatında ölkəmizin statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır: “Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var”.

Qeyd edək ki, ŞƏT-in iclası payızda Çinin Tyantszin şəhərində keçiriləcək.

Azərbaycanın payızda Şanxay Əməkdaşlıq Təşkilatına üzv olması gözləniləndirmi?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda dünyada yeni nizamın formalaşmasına şahidlik edirik: “Beynəlxalq münasibətlər sistemi köklü şəkildə dəyişir və yenidən formalaşır. Bu prosesdə iqtisadi maraqlar və bundan yaranan milli maraqlar daha önə çıxır. Azərbaycan öz müttəfiqləri ilə yeni dünya nizamının formalaşması prosesində fəal iştirak edir. Azərbaycanın uğurlu xarici siyasət strategiyası sayəsində uzaq ölkələr artıq bizə yaxın olur, amma yaxınlıq sadəcə hərfi sadəcə diplomatik və siyasi yaxınlıq kimi qəbul edilməməlidir. Yaxınlıq onun həyata keçirdiyi strateji kommunikasiyalar vasitəsilə uzaq ölkələrlə birbaşa əlaqə qurmaq kontekstində qiymətləndirilməlidir. Yəni bu ifadənin arxasında biz Çin, Azərbaycan, Avropa xəttinin strateji rolunu görürük və Çindən Avropaya ən yaxın yolu müşahidə etmiş oluruq. Bu yol enerji, iqtisadiyyat, yükdaşıma yoludur. Azərbaycan prezidentinin Çinə son səfəri kontekstində isə bu yol həm də yaşıl dəhliz yoluna çevriləcək. Belə olan halda əgər yeni dünya nizamında Çin ağırlıqlı bir qlobal cənub yaranırsa və Azərbaycan prezidenti də Azərbaycanın bu qlobal Cənubun hissəsi kimi görürsə, əlbəttə ki, qlobal cənubun digər ölkələri ilə münasibətlərin dərinləşməsi də vacib şərt kimi ortaya çıxır. Bu mənada Şanxay Əməkdaşlığı Təşkilatına Azərbaycanın marağı başa düşülən, izah ediləndir və milli maraqlarımız baxımından olduqca məntiqlidir”.

Hikmət Babaoğlu

Hikmət Babaoğlu hesab edir ki, tamhüquqlu üzv olmaq önümüzdə duran vəzifələrdən biridir. Deputat bildirib ki, Azərbaycan prezidentinin Çinə səfərindən sonra iki ölkə arasında yeni bir səhifə açılıb.

“Şanxay Əməkdaşlıq Təşkilatının qurucu ölkələrindən biri olan Çinin Azərbaycana dəstəyi də heç şübhəsiz ki, mübahisəsiz olacaq. Həm BRICS-ə üzv olan təşkilatlarla münasibətlərimiz, həm də Əməkdaşlıq təşkilatına tam üzv olmağımız Azərbaycanın önündə yeni iqtisadi perspektivlər açacaq. Eyni zamanda, bu, şübhəsiz ki, ölkəmizin milli təhlükəsizliyi baxımından da mühim bir faktora çevriləcək”-deyə deputat qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »