Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bank seçimi... "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə bank hesabı müqaviləsi könüllüdür"
Bank seçimi... "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə bank hesabı müqaviləsi könüllüdür"

"Dünən Mərkəzi Bankın sədrinin 9 iqtisadçı ekspertlə ənənəvi görüşü keçirildi. Həmişəkindən bir qədər gərgin müzakirə aparılıb. 30-dan çox sual ətrafında konsturktiv müzakirələr aparılıb. Pul siyasəti, manatın məzənnəsi, valyuta hərracları, kartlardan oğurlanan pullar və s. Mənim üçün çox xoş məqam oldu ki, Mərkəzi Bank təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görür. Belə ki, məmurların maaşı və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq”. Bu barədə iqtisadçı Əkrəm Həsənov yerli mətbuata danışıb. İqtisadçı qeyd edib ki, yəni, vətəndaş özü istədiyi bank vasitəsilə maaşını və pensiyasını ala biləcək. İslam bankçılığı institutlarını da Mərkəzi Bank tədricən tətbiq etmək əzmindədir.

İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına bildirib ki, hər kəs özünün xidmət olunduğu bankı özü seçməlidir, bu nüans qanunda var.

Əkrəm Həsənov Əkrəm Həsənov

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə də bank hesabı müqaviləsi könüllüdür. Şəxs kiminlə müqavilə bağlayırsa, o da vətəndaşa xidmət göstərir. Hazırda Azərbaycanda məsələn pensiya kartları “Beynəlxalq Bank”, “Kapital Bank” dadır. Vətəndaşdan heç soruşan da yoxdur”-deyə iqtisaçı qeyd edib.

Əkrəm Həsənov bildirib ki, kart sadəcə bank hesabından istifadə alətidir, bank hesabına bağlanılıb.

“Bəzən pensionerlər deyir ki, “kartıma pul gəldi”... Pul karta gəlmir, bank hesabına gəlir, yəni kartdan da çıxmır, bank hesabından çıxır, kart alətdir, sən ondan istifadə edirsən. Dövlət Sosial Müdafiə Fondunun ixtiyarı yoxdur ki, sənə kartı “Kapital Bank”dan, yaxud “Beynəlxalq Bank”la müqavilə bağlasın. Tender keçirilməlidir, tenderin qalibi olur və təqaüdçülərin hesabları həmin qalib banka bağlanılır. Bir gün kredit götürəndə də bank məhkəməsiz bank hesabından pulu tutmağa başlayır. Bizim adi qaydada banka borcumuz olanda bank bizi məhkəməyə verir, burada isə vermir. Deyir, “onsuz da kart burdadır və sən burdan heç yerə gedə bilməzsən”. Bu da kobud qanun pozuntusudur”-deyə iqtisadçı bildirib. Əkrəm Həsənovun fikrincə, proses əmək haqqı məsələsində də eynidir.

“Dövlət məmurlarının hamısı əmək haqqı kartları da ən böyük 2-3 bankdadır. Bu da Əmək Məcəlləsinə də ziddir. Hətta Əmək Məcəlləsində də birbaşa yazılıb ki, işçi özü pulu hansı yolla əldə edə bilər. Bu gün bu qanun pozulur və heç kəs də tədbir görmürdü. İndi Mərkəzi Bank deyir ki, tədbir görüləcək. Mərkəzi Bank bunu yavaş-yavaş təmin edəcək. Yəni vətəndaş bankı öz seçə biləcək”-deyən iqtisadçı hesab edir ki, bu dəyişiklik vətəndaş üçün xeyirli olacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »