Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
14 saylı Xəzər seçki dairəsində seçicilərin 68,73 faizi səs verib
Prezident seçkilərində saat 15:00-dək seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri müəyyənləşib.

MSK-dan AZƏRTAC-a bildirilib ki, saat 15:00-a olan məlumata əsasən, ən yüksək seçici fəallığı 14 saylı Xəzər seçki dairəsində qeydə alınıb. Bu seçki dairəsində 51 min 117 seçicidən 35 min 135-i (68,73 faiz) artıq səsvermədə iştirak edib.

Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə isə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Bu seçki dairəsində 40 min 68 seçicidən 17 min 657-si (44,07 faiz) səsvermədə iştirak edib.

Son xəbərlər
Bütün xəbərlər »