Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avropa Birliyi ilə münasibətlər qurularkən Şimali Kipr türklərinin hüquqları qorunaraq addım atılmalıdır"
"Avropa Birliyi ilə münasibətlər qurularkən Şimali Kipr türklərinin hüquqları qorunaraq addım atılmalıdır"

“Avropa Birliyinin enerji baxımından bizə daha çox məhkumiyyəti vardı. Rusiya ilə ABŞ arasında qaldıqları üçün Türk dünyasına çox önəmli ehtiyacları vardı. Bu çərçivədə məncə Türk dövlətləri və Mərkəzi Asiya respublikalarının bazarlıq gücü daha yüksək idi. Azərbaycan kimi Cənubi Kipri tanımadan da, daha doğrusu, orada diplomatik münasibətlər qurmadan və ora səfir göndərmədən bu prosesi apara bilərdilər. Burada strateji bir səhv etdilər. Bu da təbii ki, Türk Dövlətləri Təşkilatı üçün uğursuz nəticələnən sınaq oldu”.

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında siyasi şərhçi Nazim Cəfərsoy danışıb. Siyasi şərhçi qeyd edib ki, problemlərin həlli üçün Türk Dövlətləri Təşkilatında məsləhətləşmə mexanizmlərinin daha da möhkəmləndirilməsinə ciddi şəkildə ehtiyac var və digər tərəfdən, Türk Dövlətləri Təşkilatının üzvləri birlikdə hərəkət etməklə təşkilatı daha aktiv gücə çevirməlidirlər. Nazim Cəfərsoyun fikrincə, bu çərçivədə Türk Dövlətləri Təşkilatı ilə Avropa Birliyi arasında, Türk Dövlətləri Təşkilatı ilə Şanxay əməkdaşlıq təşkilatı arasında, Türk Dövlətləri Təşkilatı ilə MDB arasında Türk Dövlətləri Təşkilatı ilə Ərəb Ölkələri Təşkilatı arasında və digər bənzər təşkilatlar arasında dialoq mexanizmasının, eləcə də platformaların yaradılmasına ehtiyac var ki, bu cür forumlar ortaya çıxanda birgə həll mümkün olsun.

Nazim Cəfərsoy Nazim Cəfərsoy

“Bu çərçivədə əslində heç çox şey itirilmiş deyil. Ancaq bu məsələdə gələcəkdə məsələlərin koordinasiyasına ehtiyac var. Bu istiqamətdə proseslərdə zərərin harasından dönməsi məsələsini yerinə qoymağa ehtiyac var. Digər tərəfdən, Türk Dövlətləri Təşkilatı ilə Mərkəzi Asiya respublikaları, Orta Asiya arasındakı münasibətlərin inkişaf etdirilməsində Azərbaycan və Türkiyənin geosiyasi vəziyyəti vaz keçilməzdi. Məsələn; Qazaxıstandan Fransaya uranium satılacaqsa, Fransa bu uraniumu Azərbaycan, Rusiya və ya İran ərazisindən keçirməlidir. Burada ən uyğun ola biləcək yer Azərbaycandır. Çünki uranium qatar və ya da quru yolu ilə keçirilməlidir, təyyarə ilə daşına bilməz. Azərbaycan və Türkiyənin qarşısını alaraq Fransa bunu necə edə bilər? Ya da Orta Asiya enerji mənbələri Azərbaycan və Türkiyə üzərindən Avropaya daşınmalıdır. Azərbaycan və Türkiyənin qarşısını alaraq bunu necə edəcək? Orta Asiya bunu da nəzərə almalıydı”-deyə qeyd edən Nazim Cəfərsoy qeyd edib ki, Avropa Birliyi bu məsələlərdə Azərbaycan və Türkiyənin həssaslığını nəzərə alaraq bu məsələləri həyata keçirməlidir.

“Avropa Birliyi Cənubi Kipr məsələsini bir dinamit kimi Türk dünyasının ortasına atmamalıydı. Türk Dövlətləri Təşkilatı başda olmaqla, Avropa Birliyi ilə münasibətlərdə bu məsələni daha sağlıqlı bir şəkildə həll etmək üçün müzakirə formatı başlatmalı və bu məsələni çözməlidir. Şimali Kipr türkləri məsələsinin hüquqları qorunaraq proses aparılmalı və Yunanıstanla Cənubi Kipr də bu məsələlərdə dinamik roldan uzaqlaşdırılmalıdır”-deyən siyasi şərhçi əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »