Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: "Çin Rusiyaya Ukrayna ilə müharibədə istifadə üçün silah göndərir"
Zelenski: "Çin Rusiyaya Ukrayna ilə müharibədə istifadə üçün silah göndərir"

Çin Rusiya Federasiyasına Ukrayna ilə müharibədə istifadə olunması üçün silah tədarük edir. Kiyev bu əməkdaşlıqla bağlı müvafiq məlumatlar əldə edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib.

“Çox xoş olmayan, lakin vacib bir məlumat almışıq. Çin Xalq Respublikasının Rusiya Federasiyasına silah tədarük etdiyi barədə məlumat əldə etmişik. Hazırda bizdə Ukrayna Təhlükəsizlik Xidməti və kəşfiyyatın barıt və artilleriyanın göndərilməsinə dair məlumatı var”, – deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, bu məsələ ilə bağlı daha ətraflı məlumat gələn həftə ictimaiyyətə açıqlanacaq.

Son xəbərlər
Bütün xəbərlər »