Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib
Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri davam edir.

Bu barədə Bizimyol.info-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Səfər çərçivəsində spiker Sahibə Qafarova aprelin 17-də Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şura iclasında iştirak edib.

İclasda ötən dövr ərzində Assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin digər təşkilati məsələlər nəzərdən keçirilib. Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.

Son xəbərlər
Bütün xəbərlər »