Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İdeologiyanın üzünə pərdə çəkib adına maariflənmə deyirlər"
Təhqirə yol verən jurnalist yalnız özünü gözdən salır

 Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri , professor  Cahangir Məmmədli “Bizim Yol” qəzetinə verdiyi müsahibədə müasir jurnalistikanın problemlərindən bəhs edib.

-Cahangir müəllim, necə düşünürsünüz, jurnalistlərin ixtisaslaşması şərtdirmi, yoxsa jurnalist bütün sahələri əhatə etməyi bacarmalıdır?

-Bakı Dövlət Universitetində   Jurnalistika  fakültəsində vaxtilə ixtisaslaşma var idi. Televiziya, qəzet işi və tərcümə məsələləri əhatə olunurdu. Sonra  maliyyə məsələlərinə görə, yəni universitet müstəqil maliyyələşməyə başlayandan sonra biz bunları birləşdirməli olduq, indi ixtisaslaşma  yoxdur. Redaksiyada ixtisaslaşma daha yaxşı yönəldilir. Deyək ki, tibb aləmində yeni bir kəşf edilib. Bu barədə yazı yazmaq üçün bu sahədən xəbəri olan jurnalisti yönəltmək lazımdır. Mən demirəm, jurnalist sırf iqtisadçı və ya siyasətçi olmalıdır. Lakin, bu sahədən yazırsa o sərbəst  fikir  yürütməli, analiz etməyi bacarmalıdır. Ümumiyyətlə jurnalistin müəyyən sahə üzrə ixtisaslaşmağa və imiz qazanmağa  ehtiyacı var.

-Müasir jurnalistikanın tempindən məmnunsunuzmu? Çox sürətlənmişik və bu axına mətbuat da qoşulub yox, mətbuat axını yönəldir desək doğru olar.

-Bu tendensiyaya qoşulmamaq, orda iştirak etməmək mümkün deyil. İnformasiya Texnolologiyaları çox böyük sürətlə inkişaf edir. İnqilabi sviyyədə  inkişafdayıq. Bu temptdən kənarda qalmaq mümkün deyil. Bu dəqiqə onlayn  jurnalsitika dövrüdür.Amma qəzetin də öz xarakeri var. Hələ də qəzetlərə təlabat var. İki il bundan qabaq “The Washington Post” qəzeti elan eləmişdi ki, tamamilə onlayn versiyada fəaliyyət göstərəcək. Amma  onlayn yayıma keçə bilmədi. Məluum oldu ki, klassik qəzet sistemi ilə işləyəndə onlar daha böyk reklam bazarına malik olurlar. Bu qəzet reklamdan ildə 7-8 milyard dollar həcmində pul qazanır.Ölkə iqtisadi inkişafdadır deyə reklam bazarı da  sürətlə inkişaf edir. İndi əslində hər şey rekalma  xidmət edir. Burda təəccüblü  heç nə yoxdur. Bəzən biz deyəndə ki, reklam bazarı uğrunda mübarizə aparırıq , elə düşünürlər ki  azərbaycançılıqdan , klassik  jurnalistikadan maariflçilikdən  uzaqlaşdırıq. Amma bu belə deyil. Sadəcə anlamaq lazımdır -Reklam bazarı olmadan  qəzet istehsal edə bilmərik. Bu başqa məsələdir ki,  dövlətdən qəzetlərin çıxmasına müəyyən maliyyə ayrılır. Bəzi müstəqil qəzetlərimiz var ki, ölkədə cəmiyyətin həyatnda mühüm rol oynadıqlarına  görə, KİVDF tərəfindən  dəstəklənirlər.Lakin bu azdır. Junalistika reklam bazarına çox tabedir. Reklam ciddi şəkildə nəzərə alınmalıdır. Elə bundan irəli gələrək də bir çox mətbuat orqanları sensasiyalı, qıqşıqran başlıqlar  qoymaqla izlənmə sayını artırmağa çalışırlar.

- Söz sensasiya adı altında gedən xəbərlərdən düşmüşkən, televiziya jurnalistikasından bəhs edək. Bu gün   televiziya proqramları arasında əyləncə  proqramları üstünlük təşkil edir. Bu proqramların bir çoxlarında aparıcıların, telejurnalistlərin məhz elə reytinq, reklam bazarını diri tutmaq xatirinə etmədikləri qalmır. Necə düşünrsünüz, mənəviyyatımıızı qoruyaraq kasıb qalmalıyıq, yoxsa reklamı düşünərək qışqırmalıyıq?

-Azərbaycan qanunvericiliyinə əsasən,Azərbaycan Respublikasının televiziya və radio yayımı haqqında qanun var. Bu qanun jurnalistlərə çox böyük sərbəstlik verir.Amma dediyiniz məqamlarla bağlı sui- istifadə halları var. Burda artıq jurnalsitin  vətəndaşlıq mövqeyi işə düşməlidir.İnanırsınızmı, indi ideologiya sözünü işlədəndə yeni meydana   gəlmiş bəzi jurnalistika nəzəriyyəçiləri bunu fərqli yöndə yozurlar. “Jurnalistin ideologiyası olmaz” deyirlər. Amma baxın, Rusiya kanallarına. Türkiyə ilə bir bir balaca souyuq siyasi vəziyyət yaranan kimi erməniləri çıxartdılar efirə, onlar da Türkiyənin əleyhinə nə gəldi danışdılar. Bu gün münasibətlər yaxşılaşıb. Yenə elə həmin ermənilər və ermənipərəstlər Türkiyəni tərifləyir, dost qardaş ölkə adlandırırlar.

-Bir növ ilanı Seyid Əhməd əli ilə tutdular.

-Tamamilə doğrudur.Bəli, bütün növ proqramlarda onlardan  istifadə etməyi bacardılar.Bu ölkənin lehinə yönəlmiş ideologiya idi. Biz ideologiyadan istifadə etməyə bilmərik. İndi ideologiyanın adını üzünə pərdə çəkərək daha yumşaq şəkildə maarifləndirmə qoyublar.Televiziya maarifçiliklə xüsusilə çox məşul olmalıdır. İncəsənət sahəsinə aid proqramlar efirlərdə çox yer alır və bu doğrudur ki, onların arasında insanı narahat edəcək dərəcədə  peşəkarlıqdan uzaq proqramlar da var. Hədlərini aşırlar. Elə buna  görə də dövlət İctimai Televiziyanı yaratdı. Burda o dediyiniz səpkidə proqramları görə bilməzsiniz.Bu kanalın birinci  vəzifəsi maarifçilikdir. Jurnalistikanın  funksiyası ilk növbədə bilgiləndirmək,sonra maarifləndirmək, daha sonra əyləndirməkdir. Əgər kommersiya kanalları əyləncəni birinci yerə keçiribsə İctimai kanal maarifçiliyi ön plana  çəkir. Bəziləri  düşünür ki, maarifçilik qaldı klassik jurnalistikada. Xeyr, bu belə deyil. Yeni nəsil gəldikcə maarifləndirmə də gəlməlidir. Bir vaxtlar Mirzə Cəlilin Poçt qutusu hekayəsində Novruzəli poçt qutusunun qarşısında necə narahat qalırdısa, bu gün  sfetafor qarşısında özünü necə aparacağını bilməyən cavan varsa demək maarifləndirməyə də ehtiyac var.

- Gənclərə tövsiyəniz nədir,peşəkar jurnalistdə hansı məziyyətlər olmalıdır?

-Söhbət peşəkar jurnalistikadən gedirsə bayaq haqqında danışdığımız proqramların bir çoxunun jurnalistikaya dəxli yoxdur. Aktyor çağırırlar, müğənniləri dəvət edirlər və sair. Bu kimi yollarla reklam qazanmaq uğrunda çalışırlar Söhbət əsil jurnalistikadan  gedirsə, qeyd edim ki, jurnalistin peşəkarlığının bir sıra komponentləri var.Onun biri  budur ki, jurnalist məlumatlı, səviyyəli insan olmalııdr. Peşəsinin sirlərini öyrənmiş olmalıdır.Bu gün jurnalistikada işləyənlərin hamısı peşəkarlar deyillər. Jurnalsitika fakultəsinin yetirmələri deyillər.Üçüncüsü jurnalistin mütləq istedadı olmalıdır. Bunu öyrənməlidir. Bilirsinizmi, yazıçıların şairlərin istedadı Allah vergisidir. Filologiya fakültəsində oxuyan heç bir tələbənin valideyni gəlib deyə bilməz ki, mənim  balamı şair və ya yazıçı et. Amma jurnalsitikada təhsil alan gəncin  valideyni bunu istəyə bilər. Yəni oxumaqla , öyrənməklə, özünü daima təkmilləşdirməklə peşəkar juranlist olmaq mümkündür.Əgər jurnalsitin peşəkarlığı yoxdursa onu oxumayacaqlar. Peşəkar jurnalist özü qiymət verməyi,təhlil etməyi bacarmalıdır. Mirşahin təzə telekanal açıb. Mən inanıram ki, o çox ciddi telekanala çevriləcək. . Şünki Mirşahin yenilik eləməyi də bacarır və bunu yüksək peşəkarlıqla edir. Əlbətə onun da xətaları yox deyil, hər kəs də ola bilər.Bu gün görünən odur ki, o yeni nüanslarla gəlir. Bu gün tələbələrimə də  tövsiyə edirəm. Özünüzü qurmağı bacarın. Peşəkar adama həmişə ehtiyac var. Elə edin ki sizə tələbat olsun.

-Bəzi jurnalistlər jurnalistin  informasiya almaq hüququ var deyərək  şəxsi işlərə də burun soxurlar, reyketçiliyə başlayırlar. Şantaja əl ataraq qazanc götürənlər də var. Jurnalsitin azadlığının sərhədi harda bitməlidir?

-Əlbəttə jurnalsiti qapıdan qovanda pəncərədən girmək  ehtimalı da olmaldıır. Məmurların heç də hamısı informasiya  vermək həvəsində olmur . Gərək informasiyanı almağı bacarasan. Jurnalsit var ki, məmur özü ona informasiya verməməkdən ehtiyat edir. Jurnalsit də var ki, məmur  onu heç qapısına buraxmaq istəmir. Buna görə  elə layiqli imic qazanmaq lazımdır. Bir dəfə CNN-in müxbiri ilk prezidentliyi dövründə Putindən müsahibə alırdı. Digər bütün kanalların müxbirləri bu jurnalsi xanımıi qapı önündə gözləyirdilər ki, görüşün nəticələri barəsində məlumat versin. CNN-in müxbiri görüşdən sonra bildirmişdi ki, Putinin bu qədər səmimi ola biləcəyini gözləmirdi. Bu əslində jurnalisitin özünün peşəkarlığının nəticəsi idi. Bizim jurnalsitlər bəzilərinin həyatını araşdıraraq şok xəbər kimi önə çıxardırlar. Onlar bilməlidirlər ki, bizim insanlarda belə materiallara  həvəs müvəqqətidir. Əslində  indi jurnalistləri kütlə yönəldir. Bu günlərdə  xaricdən Azərbaycanın əleyhinə qaralama kampaniyaları başladı, söyüş söyənlər haqqında dayanmadan yazdılar, verdilər. Amma bu ilk günlər maraqlı oldu, sonra adiləşdi və unuduldu.

İnsan gərək özünü alçaq vəziyyətdə qoymasın. Bu mənada yenə deyirəm peşəkarlıq, peşəkarləıq, yenə də peşəkarlıq.

- Karyeranız müddətində qələminizin gücündən  istifadə etdiyiniz, qələminizin sizing köməyinizə gəldiyi hallar olubmu?

-Mən praktik jurnalsitikada olmamışam. Mənim yazılarım əsasən  ədəbi tənqidlə, publisitika ilə, təhlillərlə bağlı olub. Nə dərəcədə nail olmuşam , bilmirəm. Amma, hər zaman çalışmışam ki, insanın qəlbinə dəyən bir söz olmasın. Tənqid olub, təhqir olmyıb. 90-cı illərin ikinci yarısında mənim hər gün yazılarım gedirdi. Bu yazıların hamsı tənqidi yazılar olurdu, ya da cəmiyyətin problemlərindən bəhs edən mövzular. Yadımdadır 8 martda  “Bayramın mübarək, Azərbaycan qadını” adlı bir yazım  getmişdi. “O qadınları təbrik edirəm ki, səhər tezdən  bazardan göyərti aıb onu  vağzalda  satarkən polisin təpiyi ilə qarşılaşır, oğlu yaş səngərlərdə  üşüyən qadınları təbrik edirəm” deməklə cəmiyyətin problemlərinə diqqət çəkməyə çalışırdım.

-Bu gün jurnalsitikada nəyi görmək istəyirsiniz, lakin görə bilmirsiniz?

-İlk növbədə istedad görmək istəyirəm, təhlil etmək bacarığı görmək istəyirəm və ən birinci də etik normalara əməl edildiyini görmək istəyirəm. Tənqid etmək, cəmiyyətdəki qüsurları göstərmək olar. Amma  hamısı etik normalar  çərçivəsində olmalıdır. Etik normaları aşan  jurnalsit ilk növbədə özünü  gözdən salır, onun yazısının elə sərlövhəsinə, imzasına baxanda oxumaq istəmirlər. Peşəkarlığı jurnalist  zaman içində öyrənir, redaksiya ona məktəb olur. Amma  şəxsi tərbiyə insanın qanında canında olmalıdır.Tənqid eləsinlər, təhqir eləməsinlər, faktları araşdırsınlar, amma böhtan atmasınlar. Yalançının evi yandı, heç kim ona inanmadı məsələsi yadınızdadırmı? Böhtan və təhqir edən jurnalsitlərdən hər kəs yavaş -yavaş uzaqlaşır.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »