Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ənsarullah ABŞ-la hər hansı danışıqları rədd edib
Ənsarullah ABŞ-la hər hansı danışıqları rədd edib

Yəmənin Ənsarullah Hərəkatının Siyasi Bürosunun üzvü Məhəmməd Bahiti ABŞ-la hər hansı danışıqları rədd edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Əl-Cəzirə Mobasher"ə danışan Yəmənin Ənsarullah Hərəkatının Siyasi Bürosunun üzvü Məhəmməd Bahiti  ABŞ ilə birbaşa və ya vasitəçilərin təşkilatçılığı ilə danışıqlara ehtiyac olmadığını vurğulayıb.

Qəzzaya qarşı müharibənin sona çatması ilə bağlı razılaşmanın həyata keçirilməsinə qədər əməliyyatlarını davam etdirəcəklərini vurğulayan Bahiti: "İsrailin Qəzzaya təcavüzü və ABŞ-ın bölgədəki hərbi hərəkətləri səbəbindən vəziyyət gərginliyin artmasına doğru gedir", - deyə qeyd edib.

“Biz işğalçılara həm hərbi, həm də iqtisadi cəhətdən ağır zərbələr vurmuşuq və əməliyyatımızın nəticələri danışıqlar zamanı Fələstin qruplarının əlində təzyiq vasitəsi olacaq”, - deyə Bahiti bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »