Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
HƏMAS yeni atəşkəs planını qəbul edib - İRNA
HƏMAS yeni atəşkəs planını qəbul edib - İRNA

Misir mənbələri HƏMAS-ın Qəzzada yeni atəşkəs planını təsdiqlədiyini bildirib.

Bizimyol.info İRNA-ya istinadən xəbər verir ki, bu mənbələr həmçinin Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın amerikalı əsgər Aydan Aleksandrın və daha 4 əsirinin azad edilməsini qəbul etdiyini bildirib.

Mənbələr "topun" hazırda İsraildə və ABŞ-ın tərəfində olduğunu vurğulayıb.

Bir neçə saat əvvəl yüksək rütbəli Misir rəsmisi Livanın “Əl-Əxbar” qəzetinə verdiyi açıqlamada ABŞ-ın məhbus mübadiləsi razılaşması ilə bağlı mövqeyinin müsbət olduğunu və yaxın saatlarda atəşkəs danışıqlarında irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »