Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus prezidentinin andiçmə mərasimi bu gün baş tutacaq
Belarus prezidentinin andiçmə mərasimi bu gün baş tutacaq

Bu gün Müstəqillik Sarayında Belarus Respublikasının yeni seçilmiş prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçiriləcək.

Bizimyol.info xəbər verir ki, "BELTA"nın verdiyi məlumata görə, tədbirin yerli yaxtla saat 12:00-da başlayacağı gözlənilir.

1100-dən çox insanın dəvət olunduğu andiçmə mərasimi Müstəqillik Sarayının ən böyük salonu olan Mərasimlər zalında baş tutacaq.

Aleksandr Lukaşenko aşağıdakı məzmunda Prezident andını içəcək: “Belarus Respublikasının Prezidenti vəzifəsini icra etməyə başlayarkən Belarus Respublikasının xalqına sədaqətlə xidmət edəcəyimə, insan və vətəndaşın hüquq və azadlıqlarına hörmət və ehtiram göstərməyə, Belarus Respublikasının Konstitusiyasına əməl etməyə və qorumağa, üzərimə qoyulan yüksək vəzifələri müqəddəs və vicdanla yerinə yetirməyə təntənəli surətdə and içirəm”.

Mərasim Belarus Respublikası Prezidentinin internet saytında, “Birinci Məlumat”, “Belarus 1”, ONT, STV, “MIR” telekanallarında, həmçinin "videobel.by" resursunda və "BELTA YouTube" kanalında canlı yayımlanacaq.

Aleksandr Lukaşenko inaqurasiyaya paytaxtın iki əsas prospekti - Müstəqillik və Pobediteley ilə yollanacaq. Kortej saat 11:45-də hərəkətə başlayacaq. Onu doqquz motosikletçidən ibarət təhlükəsizlik xidməti müşayiət edəcək. Kortej 13 km yol qət edərək təntənəli açılışın keçirildiyi yerə, Müstəqillik Sarayına çatacaq - verilişdə belə göstəriləcək. Hərəkətin sabit sürəti 60 km/saat olacaq.

İnauqurasiya mərasimindən sonra Müstəqillik Sarayının yanında yerləşən Dövlət Bayrağı Meydanında hərbi qulluqçuların Belarus xalqına və Belarus Respublikasının Prezidentinə sədaqət andı içmə mərasiminin keçirilməsi planlaşdırılır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »