Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrailli girovlar: Yeni hücumlar bizim sonumuz olacaq
İsrailli girovlar: Yeni hücumlar bizim sonumuz olacaq

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları iki israilli məhbusun görüntülərini yayımlayıb və bildiriblər ki, “Qəzzəaya yenidən hücumlar onların hamısının sonu olacaq”.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Qəssam Briqadaları tərəfindən yayımlanan görüntülərdə dünənə qədər ümidləri, şəxsiyyətləri və adları olduğunu deyən məhbuslar indi sadəcə rəqəmlər olduqlarını bildiriblər.

Məhkumlardan biri Qəzzada məhbusların vəziyyətini izah etmək və səslərini eşitmək üçün HƏMAS-a yalvarıb video çəkdiklərini, atəşkəs razılaşmasından əvvəl yeməyə yeməklərinin olmadığını və təhlükəsiz yer tapa bilmədiklərini bildirib. “Ən pisi o idi ki, biz burda nə ölü, nə də diriyik”, - deyərək izah edib.

O qeyd edib ki, sərhəd qapıları açıldıqdan və atəşkəs imzalandıqdan sonra HƏMAS ünsürləri məhbusların hər cür ehtiyacını ödəməyə çalışıb.

“Həqiqətən də aclığın olmayacağını hiss etməyə başladıq və nəfəs almağa başladıq. Sona yaxınlaşdıqca son zərbəni aldıq. Martın 18-də İsrail Qəzzaya havadan zərbələr endirmək qərarına gəlib. Bu hücum bizim sonumuzu gətirəcək”, - deyən məhbus əvvəllər azad edilmiş məhbuslardan nümayişləri davam etdirmələrini xahiş edib.

İsrailin yeni hücumları zamanı ölümü öz gözləri ilə gördüklərini ifadə edən məhbus, hücumlar və sərhəd qapılarının bağlanması ilə aclıq və qorxu içində köhnə günlərinə qayıtdıqlarını bildirib.

Digər məhbus azadlığa çıxan məhbusların susdurulmasına son qoyulmasını və onların həqiqəti demələrini tələb edib.

Əsirlikdə olan azad edilmiş Ohad adlı məhbusa xitabən: “Niyə başımıza gələnləri onlara demirsən? Burada nələr keçirdiyimizi bilirsiniz. Müharibə və sülh dövründə necə olduğunu bilirsiniz. Burada qalmağın nə qədər çətin olduğunu bilirsən”, - deyə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »