Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şolz martın 27-də Parisdə Ukrayna sammitində iştirak edəcək
Şolz martın 27-də Parisdə Ukrayna sammitində iştirak edəcək

Almaniya kansleri Olaf Şolz martın 27-də Ukrayna ilə bağlı keçiriləcək sammitdə iştirak etmək üçün Parisə gedəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Berlində keçirilən brifinqdə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt bildirib.

“Almaniya kansleri Olaf Şolz Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə martın 27-də Parisdə Ukrayna tərəfdarlarının sammitində iştirak edəcək”, - deyə Hebestreit qeyd edib. Onun sözlərinə görə, görüşün əsas diqqət mərkəzində Ukraynaya dəstək, mümkün sülh danışıqları, eləcə də Avropada təhlükəsizlik məsələləri ilə bağlı avropalı tərəfdaşlar və müttəfiqlər arasında gələcək koordinasiya olacaq. Görüşdən sonra Almaniya hökumətinin nümayəndəsinin qeyd etdiyi kimi, Şolzun mətbuata açıqlaması planlaşdırılır.

Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Hebestreitin vurğuladığı kimi, Ukraynada münaqişə başlayandan bəri Almaniya Kiyevə təxminən 44 milyard avro dəyərində müxtəlif yardımlar göstərib.

Rusiya tərəfi dəfələrlə qeyd edib ki, Kiyev rejiminə daha çox silah verilməsi yalnız münaqişənin uzanmasına gətirib çıxarır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »