Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ABŞ-la “dolayı danışıqlara” hazır olduğunu bildirib
İran ABŞ-la “dolayı danışıqlara” hazır olduğunu bildirib

ABŞ prezidenti Donald Trampın təhdidləri və maksimum təzyiq siyasəti nəticəsində Tehran və Vaşinqton arasında birbaşa dialoq imkanı olmadığı halda İran ABŞ-la vasitəçilərin köməyi ilə danışıqlara hazırdır.

Bizimyol.info xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.

“Bu məsələ ilə bağlı mövqeyimiz tamamilə aydındır. İran maksimum təzyiq siyasəti, səslənən təhdidlər altında qarşı tərəfin İran dövlətinə və İran xalqına münasibətində dəyişiklik olmayana qədər ABŞ-la birbaşa danışıqlara getməyəcək. Hər gün səslənən siyasət və ittihamları nəzərə alsaq, biz Amerika tərəfi ilə birbaşa danışıqlara getməyəcəyik, lakin dolayı danışıqlara yol açıqdır”, - deyə o, SNN telekanalında vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »