Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xamneyi: İran xalqına pislik edən hər kəsə "ağır şillə" vuracaq
Xamneyi: İran xalqına pislik edən hər kəsə "ağır şillə" vuracaq

İranın ali dini lideri Əli Xamneyi ABŞ-a xəbərdarlıq edib ki, İran İran xalqına zərər vuran hər kəsə “ağır şillə” ilə cavab verəcək.

Bizimyol.info xəbər verir ki, Xamenei İranda Yeni ilin 1404-cü ilin ilk günü etdiyi çıxışında deyib.

“Onlar - amerikalılar bilməlidirlər ki, biz münaqişəni heç vaxt başlatmamışıq, lakin İrana zərər verən hər kəsin üzünə sərt sillə vurulacaq”, - deyə Ali Liderin çıxışı rəsmi saytında yayımlanıb.

“ABŞ və Avropalı siyasətçilər bölgədəki müqavimət quruplarını İranın nəzarətində olan qüvvələr kimi təqdim edirlər. Bu, tamamilə yanlış təbliğatdır. Yəmən xalqının regionda baş verən hadisələrə öz mövqeyi var. Bölgədəki müqavimət qüvvələrinin tərkibində olan ölkələrin də öz yanaşması var. İranın belə bir qüvvəni himayə etməyə, nəzarətdə saxlamağa ehtiyacı yoxdur", - deyə İranın Ali Rəhbəri Əli Xamenei Yei il çıxışında qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »