Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) kosmosun dərinliklərində nəhəng yeni qalaktikanın kəşf edildiyini açıqlayıb. “Böyük Çarx” adlanan qalaktikanın eyni kosmik yaşda olan digər qalaktikalara bənzər sürətlə aktiv şəkildə böyüdüyü müəyyən edilib.
Bizimyol.info xəbər verir ki, NASA-nın “James Webb” Kosmik Teleskopu (JWST) ilə aparılan dərin müşahidələr nəticəsində ilkin kainatda nəhəng qalaktika aşkar edilib.
“The Great Wheel” adlı qalaktikanın tapıntıları Nature Astronomy jurnalında dərc olunub.
Ətraflı "JWST" müşahidələri göstərdi ki, “Böyük Çarx” ölçüsü və fırlanma sürəti baxımından müasir kainatdakı ən böyük "super spiral" qalaktikalarla müqayisə edilə bilər.
Qeyri-adi dərəcədə böyük olan “Böyük Çarx”ın da eyni kosmik yaşda olan digər qalaktikalara bənzər sürətlə aktiv şəkildə böyüdüyü müəyyən edilib.
Qadir, Bizimyol.info