Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb
İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

Ölkənin ən sərfəli mobil xidmətlərini təqdim edən “Nar” inklüziv cəmiyyətin inkişafına dəstək məqsədilə “Bütün Vücudlar Danışır” sosial-mədəni layihəsinin iştirakçıları ilə görüş keçirib. Mobil operatorun əməkdaşları layihənin iştirakçıları ilə görüş keçirib və onların rəqslərinə qoşularaq unikal inklüziv təcrübəni birlikdə paylaşıblar.

İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

Görüş zamanı “Nar”ın baş icraçı direktoru Qunnar Panke inklüzivliyin cəmiyyətin inkişafındakı rolunu vurğulayıb: “Hər kəsin cəmiyyətin fəal üzvü olması üçün bərabər imkanlara sahib olması vacibdir. “Bütün Vücudlar Danışır” layihəsi fiziki imkanlarından asılı olmayaraq, hər kəsin özünü ifadə etməsinə və birlikdə dəyər yaratmasına imkan verir. “Nar” olaraq, inklüziv cəmiyyətin qurulmasına töhfə vermək bizim üçün sosial məsuliyyətin vacib hissəsidir. Biz dəstəklədiyimiz təşəbbüslərin real dəyişiklik yaratmasına önəm veririk və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.

İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

“Nar” sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri kimi inklüzivliyi və bu yöndə cəmiyyətdə bərabər imkanların yaradılmasını dəstəkləyir.

İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

Mobil operator “Bütün Vücudlar Danışır” layihəsinə verdiyi töhfə ilə fiziki məhdudiyyətlərə dair stereotiplərin aradan qaldırılmasına və inklüziv cəmiyyətin qurulmasına dəstək olmağa davam edir.

İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

Son xəbərlər
Bütün xəbərlər »