Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AADA-nın 25 illik yubileyi münasibətilə keçirilən hesabat tədbirində Assosiasiyaya yeni sədr seçilib
AADA-nın 25 illik yubileyi münasibətilə keçirilən hesabat tədbirində Assosiasiyaya yeni sədr seçilib

14 mart tarixində Azərbaycan Avtomobill Dilerləri Assosiasiyasının (AADA) ümumi toplantısı baş tutdu. Bu barədə təşkilatın rəsmi internet saytında məlumat verilir. Bizimyol.info xəbər portalına AADA-dan verilən məlumatda deyilir ki, assosiasiyanın təsisçisi və İdarə Heyətinin sədri Natiq Zərbəlinin öz nizamnamə hüququna əsaslanmış müraciətindən sonra İctimai Birliyin növbədən kənar toplantısı çağırıldı. Yığıncağı giriş sözü ilə açan Natiq Zərbəli ölkənin ilk biznes-assosiasiyalarından olan AADA-nın 25 illik yubileyi münasibəti ilə bütün üzvləri təbrik etdi, təşkilatın yaranma tarixi və görülmüş işləri, gerçəkləşdirilmiş çoxsaylı uğurlu layihələri barədə məlumat verdi.

Bu gün Azərbaycan Avtomobill Dilerləri Assosiasiyası sıralarında 50 avtomobil brendini ölkəmizdə təmsil edən şirkətləri birləşdirir. Təşkilatın əsas məqsədi Azərbaycanda avtonəqliyyat sektorunun inkişafı, sivil avtomobil bazarının formalaşması, ölkənin avtomobil parkının cavanlaşması, yollarda təhlükəsizliyin təmin edilməsi və ekoloji mühitin sağlamlaşmasına dəstək verməkdir. Azərbaycan Avtomobill Dilerləri Assosiasiyası bu istiqamətdə aidiyyatlı dövlət qurumları ilə, Azərbaycan Avtomobil Federasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyası (ASK) ilə daim sıx əməkdaşlıq edir, avtomobil sektorunun monitorinqlərini həyata keçirir, avtomobil biznesini tənzimləyən yeni normativ aktlarının işlənib hazırlaması üçün təkliflər irəli sürür.

Azərbaycan Avtomobill Dilerləri Assosiasiyası mütamadi olaraq, dünya avtomobil sənayesinin ən müasir nümunələrinin nümayişi və ekoloji nəqliyyat vasitələrinin təşviqi məqsədilə sərgilər, festivallar, avto-yürüşlər, konfranslar, müsabiqələr və digər tədbirlər təşkil edir. Bunlardan “Caspian Motor Show”,  “Caucasus Motor Show”, “Avto-Eko” sərgilərini və avto-festivallarını, “Qızıl Çarx” mükafatını, “Yaşıl ölkə” yürüşlərini, məktəblilər arasında “Gələcəyin avtomobili” dizayn müsabiqələrini və s. misal göstərmək olar. Azərbaycanda ən uzun marşrutlu avtomobil yürüşü Azərbaycan Avtomobill Dilerləri Assosiasiyası tərəfindən 2008-ci ildə “İlhamla İrəli” şüarı altında keçirilib.

AADA-nın 25 illik yubileyi münasibətilə keçirilən hesabat tədbirində Assosiasiyaya yeni sədr seçilib

“Hər uğurun arxasında güclü komanda və məqsədə sadiqlik dayanır. Bu yolu birlikdə keçməyə kömək edən hər kəsə dərin minnətdarlığımı bildirirəm,” sözləri ilə çıxışını yekunlaşdıran Natiq Zərbəli, ümumi toplantı qarşısında 25 illik liderliyindən sonra sədrlikdən azad olunması barədə təklif irəli sürdü.

Azərbaycan Avtomobill Dilerləri Assosiasiyası üzvləri öz çıxışlarında yaranmasından bu günə qədər təşkilata uğurla rəhbərlik etmiş Natiq Zərbəlinin təşkilatın fəxri prezidenti seçilməsi təklifini irəli sürdülər. Təklif səsverməyə qoyuldu və qəbul edildi. Azərbaycan Avtomobill Dilerləri Assosiasiyasının ali orqanı olan ümumi toplantının qərarına əsasən assosiasiyanın İdarə Heyətinin sədri postuna son illər təşkilatın icraçı direktoru vəzifəsini həyata keçirən Eyyub Əliyev seçildi.

Daha sonra toplantı Eyyub Əliyevin spikerliyi ilə davam etdi. AADA-nın 2025-ci il üçün strateji planları və yol xəritəsi müzakirə olundu.

Son xəbərlər
Bütün xəbərlər »