Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Cəbhədən son xəbər
cebhe
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 146 dəfə pozub.

MN-in  verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Paylaş »
››› Baş Prokurorluq Nərminin qətl işi ilə bağlı daha bir xəbər portalına xəbərdarlıq edib
››› Azərbaycanlı milyarderin keçmiş həyat yoldaşı oğlunu məhkəməyə verib
››› Astroloqlar bu il hansı bürclərin bəxtinin gətirəcəyini deyir...
››› Rusiyanın yeni hökumətinin üzvləri məlum olub - Siyahı
››› Beynəlxalq mafiyanın azərbaycanlı “bankiri” yaxalanıb - Video

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »