Superliqanın 25-ci turunda "Qalatasaray"la "Fənərbaxça" arasında derbi matçı fevralın 24-ü bazar ertəsi keçiriləcək.
Bizimyol.info ölkə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu hakimi ilə bağlı açıqlamalar verib.
Çıxışına iki klub arasında yaşanan gərginliyin türk futboluna təsir etdiyini söyləyərək başlayan İbrahim Hacıosmanoğlu: “Futbol ailəsinin üzvləri olaraq bütün klublar bərabər dəyərdədir. TFF olaraq bütün ailə üzvlərimizi düşünməliyik. Biz də buna uyğun addımlarımızı atırıq. Mən bugünkü görüşün arxa planını ictimaiyyətə izah etmək istərdim. Dəvət etməmişdən əvvəl “Qalatasaray” və “Fənərbaxça”ya məlumat vermişdik. Əvvəlcə görüşü çərşənbə axşamı keçirməyi planlaşdırırdıq.
“Fənərbaxça” "tamam" dedi, “Qalatasaray” baş katibi isə “çərşənbə axşamı məclis toplantımız var” dedi və çərşənbə gününü başqa günlə əvəz etməyin mümkün olub-olmayacağını soruşdu. “Fənərbaxça” ilə əlaqə saxlayıb çərşənbə günü ilə bağlı sual verdik, müsbət cavab verdilər. Dostlarımız “Qalatasaray”a qayıdıb çərşənbə gününə müsbət cavab verib görüşü qəbul etdilər. Daha sonra ictimaiyyətlə paylaşdıq. Kimin qeyri-səmimi olduğunu ictimaiyyətin öhdəsinə buraxırıq”, - deyə o bildirib.
Derbinin hakimi ilə bağlı açıqlama verən Hacıosmanoğlu: “Dünən axşam hakim dostlar ilə uzun-uzadı söhbət etdik. Biz əvvəldən öz övladlarımıza güvənirik, amma müzakirələrin qarşısını almaq üçün bu matçın hakimi əcnəbi olacaq”, - deyib. Derbidə fit çalacaq hakimin adını açıqlamayan Hacıosmanoğlu bu şəxsin dünyaca məşhur bir ad olacağını vurğulayıb.
Türkiyə Futbol Federasiyasından verilən məlumata görə, RAMS Parkda oynanılacaq qarşılaşma yerli vaxtla saat 20:00-da başlayacaq.
Qadir, Bizimyol.info