Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstan AZAL-ın qəza təhqiqatı hesabatını ilin sonuna qədər tamamlamağı planlaşdırır
Qazaxıstan AZAL-ın qəza təhqiqatı hesabatını ilin sonuna qədər tamamlamağı planlaşdırır

Qazaxıstan hakimiyyəti 2025-ci ilin dekabrına qədər Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı yekun hesabatı tamamlamalıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev brifinqdə bildirib.

“ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) tövsiyə olunan təcrübəsinin tələb və standartlarına uyğun olaraq - bir il araşdırma aparacaq. Müvafiq olaraq, bu ilin dekabr ayına qədər istintaqla bağlı yekun hesabat hazırlanmalıdır”, - deyə Lastayev Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin təhqiqatının müddəti ilə bağlı sualı cavablandırarkən qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »