Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir: "Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirməyə çalışır"
Səfir: "Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirməyə çalışır"

Türkiyə və Azərbaycan iki ölkənin beynəlxalq arenada nüfuzunu müdafiə, enerji və digitallaşma sahələrində birgə əməkdaşlıqla daha da artıracaq.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xəzər Universitetində “Texnogologiya Geosiyasəti” mövzusunda keçirilən akademik seminarda deyib.

O qeyd edib ki, Türkiyənin müdafiə sənayesində yerli istehsalı genişləndirməsi ölkə üçün yeni imkanlar yaradıb:

“Bunlar digər ölkələrlə əməkdaşlığa böyük təsir göstərir. Bu kontekstdə Türkiyə-Azərbaycan əməkdaşlığı strateji səviyyəyə çatdırılıb".

Diplomat qeyd edib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı üç əsas sahə üzrə formalaşıb:

"Bunlardan birincisi müdafiə sənayesi və hərbi sahədəki birgə layihələrdir. Tərəflər birgə istehsal və texnologiya transferi yolu ilə müdafiə sənayesində daha güclü bir mühit formalaşdırmağa, əməkdaşlığı gücləndirməyə çalışırlar.

İkinci sahə enerji təhlükəsizliyidir. Türkiyənin TANAP və Bakı-Tbilisi-Ceyhan kimi layihələrdə üzərinə götürdüyü rol Azərbaycanın enerji ixracında əhəmiyyətli rol oynayır.

Üçüncü sahə isə digital transformasiya və yeni nəsil texnologiyalarla əlaqədar birgə təşəbbüslərdir. Ümumiyyətlə, Türkiyə və Azərbaycan iki ölkənin beynəlxalq arenada nüfuzunu müdafiə, enerji və digitallaşma sahələrində birgə əməkdaşlıqla daha da artıracaq".

Son xəbərlər
Bütün xəbərlər »