Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) adından saxta sənədlər hazırlayıb istifadə edənlər ifşa olunub. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları bununla bağlı əməliyyat keçirib.
Bizimyol.info xəbər verir ki, MİDA-nın müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi başlanıb. Onun da əsasında Kənan Şərifov saxlanılıb.
Səbail rayon məhkəməsində Şərifov Kənan Urfan oğlu barəsində həbs qətimkan tədbiri seçilib.
O, digərləri ilə birlikdə MİDA adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.
Aytən, Bizimyol.info