Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Amerika və Rusiya rəhbərliyi arasında hansısa razılaşmanın nəticələrini Avropa liderləri tanımayacaqlar"
"Amerika və Rusiya rəhbərliyi arasında hansısa razılaşmanın nəticələrini Avropa liderləri tanımayacaqlar"

ABŞ prezidenti Donald Tramp ötən həftə Rusiya lideri Vladimir Putinlə Ukraynadakı münaqişəyə son qoyulması ilə bağlı danışıqlarının Səudiyyə Ərəbistanında keçirilə biləcəyini deyəndə çoxları onun niyə bu ölkəni seçdiyi ilə maraqlanırdı. Trampın bəyanatı Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə ayrı-ayrılıqda telefon danışığından bir neçə saat sonra verilib. Tramp görüşün tarixini dəqiqləşdirməyib, lakin onun yaxın gələcəkdə baş tuta biləcəyini və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın hətta iştirak edə biləcəyini qeyd edib. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin məlumatına görə, Putin və Tramp arasında söhbəti yüksək qiymətləndirir, sammitin krallıqda keçirilməsi təklifini alqışlayır, həmçinin “Rusiya və Ukrayna arasında sülhə nail olmaq üçün davamlı səylərini” təsdiqləyir. Trampın Putinlə söhbətindən sonra Vladimir Zelenski bildirib ki, Ukrayna Moskva ilə Vaşinqton arasında Kiyevin iştirakı olmadan bağlanan heç bir razılaşmanı qəbul etməyəcək.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya ilə ABŞ arasında artıq Ukrayna ərazi bütövlüyü məsələsində danışıqlar aparılmır və faktiki olaraq indiki situasiya və ya şərtlər daxilində, müqavilənin imzalanması nəzərdə tutulur, ilkin görüşdə hansısa müqavilə imzalanmayacaq.

Tural İsmayılov Tural İsmayılov

“Rusiya ilə Ukrayna arasındakı narazılıqlar və eyni zamanda hansı məsələlərdə anlaşmalar yoxdursa, o məsələlər ətrafında fokuslanma olacaq. O baxımdan hesab edirəm ki, bu gün Rusiya ilə Ukrayna məsələsindəki danışıqların ə Ər Riyadda keçirilməsi daha çox Avropa İttifaqı və Qərb tərəfindən bloklanmağa çalışılacaq”-deyən politoloq qeyd edib ki, Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında Ər Riyadda görüş keçirilməsini Avropa İttifaqının həzm edə bilməməsi aydın görünür.

Politoloq hesab edir ki, Rusiya işğal etdiyi Ukrayna torpaqlarını qaytarmayacaq, bu da uzunmüddətli sabitlik və aktiv döyüş əməliyyatlarının dayanması ilə xarakterizə edilə biləcək.

Tural İsmayılovun fikrincə, eyni zamanda, bu masada ABŞ və Rusiya arasında müəyyən razılaşmalar olacaq: “Yaxın gələcəkdə onu da görə bilərik ki, Avropa liderləri Amerika və Rusiya rəhbərliyi arasında hansısa razılaşmalarda əldə edilən nəticələri tanımasınlar. Rusiya ilə ABŞ arasında Ər Riyaddakı əldə edilən razılaşmaların yaxın gələcəkdə Avropa İttifaqı tərəfindən mübahisələndiriləcəyini düşünürəm”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »