Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekosistemlərin mühafizəsi – Ölkədə bitki genefondunun qorunması məsələləri
Bu günlərdə xarici mediada yayılan bir xəbər diqqətimi çəkdi. Norveç hökuməti qiyamət gününə hazırlıq məqsədi ilə dünya üzərində mövcud olan bütün növ mədəni və yabanı bitkilərin qorunması üçün buzlaqlar içərisində xüsusi anbar inşa edib. Yer üzərində olası bir fəlakət nəticəsində hansısa bitki növünün itib getməməsi məqsədi ilə bu anbar ən adi çayırdan tutmuş ən nadir bitkilərin gələcək genefondu rolunda çıxış edir.

Alimlərin bildirdiyinə görə, yer üzündəki bitkilərin beşdə biri yox olmaq təhlükəsi altındadır, nəbatət bağlarında nadir bitkilərin becərilməsi isə onların qorunub saxlanmasında həlledici rol oynayır.

Nəbatət bağlarında toplanmış bitkilərin öyrənilməsi nəticəsində 100,000-dən artıq növ qeydə alınıb.

Bu gün dünyanın nəbatət bağlarında elmə məlum olan bitkilərin üçdə biri toplanıb. Bu bağlar yoxa çıxmaq təhlükəsi həddinə çatan bitkilərin 40 faizini qorumağa imkan verib.

Azər¬bay¬can tə¬biə¬ti öz zən¬gin¬li¬yi, gö¬zəl¬li¬yi və bən¬zər¬siz¬li¬yi ilə Cə¬nu¬bi Qafqaz¬da se¬çi¬lir. Ölkəmizdə 5 minə yaxın bitki növü var. Bu bitkilər içərisində təxminən 467 növ ağac və kol, digərləri isə ot bitkiləridir. Bir sıar bit¬ki nö¬vü var ki, on¬la¬rın ad-la¬rı "Qır¬mı¬zı ki¬tab"a dü¬şüb. 2013-cü il¬də nəşr edi¬lən "Qır¬mı¬zı ki¬tab"da 300-dən ar¬tıq bit¬ki nö¬vü əks olu¬nub.

Biologiya elmləri doktoru Elman İsgəndər deyir ki, Lən¬kə¬ran¬da ayı¬fın¬dı¬ğı, Qaf¬qaz xur¬ma¬sı, Xə¬zər şey¬ta¬na¬ğa¬cı ki¬mi, Lən¬kə¬ra¬nın İs¬ti¬su de¬yi¬lən əra¬zi¬sin¬də Qaf¬qaz dağ¬da¬ğa¬nı, Le¬rik¬də Şey¬tan şüm¬şa¬dı, məx¬mər gər¬mə¬şo¬vu və s. bit¬ki¬lə¬rin qo¬run¬ma¬sı¬na eh¬ti-yac var. Ümumilikdə isə bitkilərin qorunması üçün bir sıra işlər görülür o cümlədən ölkədə nadir bitkilərin genefondu yaradılır.

Elman İsgəndər deyir ki, flo¬ra növ¬lə¬ri¬nə ən bö¬yük zi¬ya¬nı tə¬bi¬ət-lə sıx ün¬siy¬yət¬də olan in¬san¬lar vu¬rur. Bir sı¬ra bit¬ki növ¬lə¬ri¬nin təh¬lü¬kə al¬tın¬da ol¬du¬ğu¬nu de¬yən mü¬tə¬xəs¬sis bil¬di¬rir ki, bu¬nun qar¬şı¬sı¬nın alın¬ma¬sı üçün əha¬li ara¬sın¬da cid¬di maa¬rif¬lən¬dir¬mə işi¬nə eh¬ti¬yac var.

Təbii resursların mühafizəsi və davamlı inkişaf XXI əsrin ən əhəmiyyətli və qlobal problemi olaraq dünya dövlətlərinin daim diqqət mərkəzindədir. Təbii resursların ayrılmaz hissəsi olan bioloji müxtəlifliyin xarakteristikası dayanıqlı iqtisadi inkişafı təmin etmək üçün öz bioloji resurslarını saxlamağa çalışan ekoloji dövlət siyasətinin əsasları rolunda çıxış edir.

Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 20-ci bəndlərinə əsasən mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatlarının ərzaq məhsulları istehsalı və kənd təsərrüfatı, elmi-tədqiqat, seleksiya və maarifləndirmə fəaliyyəti, habelə indiki və gələcək nəsillərin maraqlarını nəzərə almaqla sosial-mədəni və tarixi irsin mühafizəsi üçün qorunması və səmərəli istifadəsinin hüquqi əsaslarını müəyyən edir.

Qanunun məqsədi mədəni bitkilərin milli genefondunu təşkil edən mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatlarının indiki və gələcək nəsillər üçün zəmanətli qorunub saxlanılmasını, onların ərzaq məhsulları istehsalında, kənd təsərrüfatı işlərinin aparılmasında, elmi-tədqiqat, seleksiya və digər fəaliyyətdə istifadəsini, bitki materiallarına olan ehtiyacın davamlı ödənilməsini, habelə dövlətin ərzaq, ekoloji və bioloji ehtiyatlar təhlükəsizliyinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir.

Bioloji müxtəliflik haqqında

Bioloji müxtəliflik yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Təbii sərvətlərin ayrılmaz hissəsi olan bioloji müxtəliflik nəhəng, lakin hələ də tam qiymətləndirilməmiş zəngin ehtiyat mənbəyidir. O, bütün ekosistemləri əhatə etməklə həyatın mövcudluğunun əsasmı təşkil edir. Bioloji müxtəliflik insanları ərzaq, geyim, enerji və digər materiallarla təmin edir. Hazırda dünyada 15 milyondan çox canlı növlər mövcuddur və hər gün onların yüzə yaxını bərpa olmadan məhv olur, onların məhv olması bir çox hallarda hiss olunmur. Lakin bəşəriyyətə belə itkilərdən olduqca böyük ziyan dəyir. Yer kürəsinin təbii zənginliyi gündən-günə azalır. Bioloji müxtəliflik təkcə növlərin müxtəlifliyi deyil, o, bütün canlı aləmin yaşayıb inkişaf etməsinə imkan verən əlamətlərin cəmindən ibarətdir. Ona görə də indiki və gələcək nəsillər üçün bioloji müxtəliflik misilsiz milli sərvətdir. Lakin son illərdə insanların fəaliyyəti nəticəsində, ekosistemlər deqradasiyaya uğramış, bir çox növlər isə məhv olmuş və ya onların sayı kəskin azalmışdır. Bioloji müxtəlifliyin belə sürətlə itkisi Yer kürəsində həyatın özünü təhlükədə qoymaqla qlobal faciəyə səbəb ola bilər. BMT-nin ekspertlərinin məlumatına görə, Yer kürəsində təbii meşələrin 45%-i, əsasən son illərdə qırılaraq məhv edilmişdir. Yer kürəsində bioloji müxtəlifliyin yalnız beynəlxalq əməkdaşlıq yolu ilə xilas etmək mümkünlüyünü nəzərə alaraq Rio-de-Janeyro şəhərində 1992-ci ilin iyun ayında keçirilmiş Yer Zirvə toplantısında ilk dəfə olaraq bioloji müxtəlifliyin qorunması, bütün bəşəriyyətin ümumi vəzifəsi və davamlı inkişafın tərkib hissəsi kimi qəbul olunmuş və müvafiq Konvensiya imzalanmışdır. Konvensiyanın əsas məqsədi bioloji müxtəlifliyin qorunması, ondan sabit istifadə olunması və birlikdə əldə edilən gəlirdən eyni səviyyədə ədalətli faydalanmaqdan ibarətdir. Biomüxtəliflik üzrə Konvensiya Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2000-ci ilin mart ayında ratifikasiya olunmuşdur.

Son illərdə Azərbaycanda ekoloji, o cümlədən bioloji müxtəlifliyin problemləri həlli vacib olan prioritetlər kimi müəyyən edilmiş və bu sahədə ciddi səylər göstərilir. Belə ki, bu problemlərin həlli istiqamətində xeyli işlər görülmüş, «Bitkilərin genetik ehtiyatlarına dair» Dövlət Proqramı, «Ətraf mühitin mühafizəsi üzrə» Milli Fəaliyyət Planı, «Ekoloji cəhətdən dayanaqlı sosial-iqtisadi inkişafa dair» Milli Proqram və digər proqramlar qəbul edilərək həyata keçirilir.

Ölkədə görülən işlər

Ölkənin «Bioloji müxtəliflik barədə» Konvensiya qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il dekabr tarixli Fərmanına əsasən Bioloji müxtəlifliyin Genetik Ehtiyatlar üzrə Dövlət Komissiyası yaradılmışdır. Dövlət Komissiyasının yaratdığı Tədqiqat Şurasının rəhbərliyi, Qlobal Ekoloji Fondunun və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi və respublikanın bütün maraqlı tərəflərinin iştirakı ilə ölkədə bioloji müxtəlifliyin qorunub mühafizə edilməsi və davamlı istifadəsini təmin etmək üçün 2003-cü ildə müvafiq Strategiya və Fəaliyyət planı hazırlanmışdır.

Ekosistemlərin funksional hissəsi kimi bitkilər və ətraf mühit arasında əlaqə mürəkkəb təbiətlidir. Bitkilər ətrafda baş verən dəyişiklikərə sürətli reaksiya verən mürəkkəb orqanizmlərdir. Müxtəlif çirkləndiricilərin fitotoksikliyinə həssas və ya davamlı olaraq bitkilər müxtəlif çirkləndiricilərin artıq miqdarlarına cavab və tolerantlıq mexanizmlərinə görə fərqlənirlər. Çirkli ərazilərdə bitən bəzi ibtidai və ali bitki növləri bu şəraitdə yaşamaq və çirkləndiriciləri yüksək dozada toplaya bilmək qabiliyyətinə malikdirlər. Deqradasiyaya uğrayan yaşayış ərazilərinin yenilənməsi və bərpası üçün yerli bitki növlərinin qorunması və istifadəsi, cirklənmiş ərazilərin remediasiyası üçün ekoloji əlverişli strategiyaların və qiymətli, nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növlərinin qorunması üçün müasir yanaşmaların hazirlanması təşəbbüsləri bu elmi beynəlxalq görüşdə müzakirə edildi. Uyğun elmi forumlar əsasən biomüxtəlifliyə təhlükə yarada bilən ayrı-ayrı ətraf mühit problemlərinin müzakirəsinə həsr edilib. Tədbirdə ilk dəfə olaraq iki müxtəlif istiqamət – ətraf mühitin dəyişməsi və bitki mühafizəsi birlikdə müzakirəyə çıxarıldı, həmçinin Azərbaycanın zəngin florasının gərgin şəraitində olan nadir və nəsli kəsilməkdə olan bitki növlərinin müasir qorunma yollarının işlənib hazırlanması üçün əhəmiyyətli addım oldu.

AMEA Botanika İnstitutunda bu sahədə layihələr həyata keçirilir

Biomüxtəlifliyin sürətli itkisi Yer kürəsini təhlükə qarşısında qoyaraq bütovlükdə qlobal fəlakətlərə yol açır. Bu da dünya, eləcə də Azərbaycan alimləri qarşısında ciddi vəzifələr qoyur. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bu istiqamətdə konkret addımların atılması və müsbət nəticələrin əldə edilməsinə geniş imkanlar yaradır.

AMEA alimləri genetik resursların öyrənilməsi və səmərəli istifadəsi, bioloji müxtəlifliyin gələcək nəsillər üçün saxlanılması, ekoloji təhsilin stimulyasiyaları, endemik bitki aləmi və yerli faunanın nadir növlərinin bərpası prosesində fəal iştirak edirlər. Bu tədqiqatlar yoxsulluq problemlərinin həlli,ekoloji balansın tənzimlənməsi, ekoloji vəziyyətin və davamlı inkişafın yaxşılaşması, ətraf mühitə neqativ təsirin azaldılması üçün mühüm əhəmiyyət kəsb edir.

AMEA-nın Botanika İnstitutunda da Azərbaycanın flora müxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi, canlıların həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsasları istiqamətində tədqiqatlar aparılır.(Ardı var)

İlhamə Rəəsulova

Son xəbərlər
Bütün xəbərlər »