Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2 illik mübarizənin sonu: Leyla Əhmədova məhkəmədə qalib gəldi!
Dünyaşöhrətli azərbaycanlı modelyer Leyla Əhmədova uzun müddətdir davam edən çəkişmələrdən, mübarizədən sonra Azərbaycan Respublikasının ali qanunları sayəsində məhkəmə proseslərində qismən qalib gəlib. Zərif görünüşü ilə ürəkləri fəth edən əsla zəiflik gösərməyən hətta bu mübarizə sayəsində “Dəmir Ledi” adlandırılan Leyla Əhmədova aylardır davam edən bu mübarizəsi ilə bir çoxlarını yerində oturtmağı bacarıb. Ali məhkəmənin qərarına əsasən bildirirlib ki, Əhmədova Leyla Səday qızınınn Bakı şəhəri, Yasamal rayon, Cəfər Cabbarlı, ev 29 ünvanında yerləşən qeyri-yaşayış sahədən "evdən" çıxarılması ilə cavabdehlər Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan müştərək qaydada hər ikisindən lazimi külli miqdarda məbləğ alınıb, Əhmədova Leyla Səday qızının hesabına köçürülsün. Qərar isə 03.04.2018 tarixində icra olundu. Yasamal rayon icra şöbəsindən icraçı Ruslan Əsgərov tərəfindən icra media qarşısında reallaşıb. L. Əhmədova məkanın açarını təqdim edib və oranı tərk edib. Bu günə kimi baş verən hadisələrə qısaca nəzər salaq. Müsahibimiz modelyer Leyla Əhmədovadır :

Münaqişəyə səbəb: “Məkanın sahibi ilə müqavilə bağlamışdıq ki, birdən orada nəsə baş versə, ofisi geri qaytarmalı olsam, onlar mənim təmir üçün xərclədiyim pulu geri qaytaracaqlar. Amma sözlərinə əməl etməyib, 5 illik müqaviləni pozdular. Təmir qurtaran kimi oranın sahibləri Nizami Ağayev və Azər Lütfəliyev - iki şərik məndən tələb elədilər ki, ofisi boşaldım. Mən etiraz edəndə hədə-qorxu gəlməyə başladılar. Tək qadın olmağımdan istifadə etmək istədilər ancaq sonda məğlub oldular. Məni məhkəməyə verdilər. Mən də qarşılıqlı olaraq iddia qaldırıb onları məhkəməyə verdim və hakim Namidar Misirzadəyə bütün sübutları, xərclədiyim 1 milyonluq sərmayənin hesabat çeklərini təqdim etdim”.

Qanuna zidd qərar: Modeyler deyir ki, bütün qalmaqallar ilk instansiyada məhkəməni uduzduqdan sonra başlayıb: “İşə Xətai rayon Məhkəməsində baxıldı. Baxmayaraq ki, həmin dövlət ekspertizası mənim yatırdığım sərmayəni təsdiqlədi, məhkəmə yenə də mənim əleyhimə qərar çıxardı. Hakim Namidər Misirzadə qanunazidd qərar verdi. Bununla da ofis sahiblərinin ayağı yer aldı. Onlar “Riyad” Mühafizə Şirkətinin iştirakı ilə 24.09.2016- cı ildə modalar evinə basqın etdilər, oranı darmadağın etdilər. Faktla bağlı Yasamal prokrorluğunda iş başlanıldı. Həmin işçilər də ofisi elə vəziyyətə gətirdilər ki, 200 minlik ziyana uğradım. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2. (oğurluq) və 322.2 (özbaşınalıq) maddələri ilə Yasamal Prokrorluğunda onlara 2016-cı ildə iş açıldı. Amma 2 il ərzində Yasamal polisində süni şəkildə işi nə bağladılar, nə də ki, icrası üçün qərar verdilər. Yatırdığım sərməyəni təyin etmək üçün polis tərəfindən ekspertiza təşkil olunmuşdu. Ekspertiza da mənim lehimə rəy verdi ki, Nizami Ağayevdən Leyla Əhmədovaya 15 minlik ziyan dəyib. Modelyer bildirir ki, hadisələr zamanı ona cinayət işində 200 min manat məbləğində ciddi ziyan dəyib: “Ofisdə mənim hazırladığım libaslar yoxa çıxdı. Kassadan 30 min manat pul, 5 iPad itdi. Bu, məqsədli şəkildə edilmiş bir iş idi. Onlar elə düşündülər ki, mən qorxub qaçacam. Bu hədələr məni ordan uzaqlaşdıracaq. Lakin mən sona qədər mübarizə aparmaqda qərarlıydım. Elə bir məqam oldu ki, əlim hər şeydən üzüldü aclıq aksiyasına “start” verdim”.

Hər şeydən əli üzülən Leyla xanımdan intihara addım : ACLIQ AKSİYASI ! Əlacsız qalan Leyla Əhmədova səsini yuxarı instansiyalara duyurmaq üçün aclıq aksiyası keçirib: “Aksiya ilə yanaşı, səlahiyyətli şəxslərə şikayət məktubları da yazdım. Ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanıma, Prezident Aparatından Fuad Ələsgərova, Milli Məclisin vitse prezidenti Bahar Muradovaya, prokror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova dayanmadan müraciətlər edirdim. Müraciətlərim nəticəsiz qalmadı. Haqqın - ədalətin bərqərar olunması üçün göstəriş verildi. Aclığa başlayandan bir neçə gün sonra Bakı şəhər prokuroru İlqar Abbasov məni qəbul elədi və aksiyanı dayandırmağımı istədi. Daha sonra millət vəkili Bahar Muradovayla da görüşdüm. Faktları, əlimdəki dəlilləri göstərdim. Materiallar incələndi, məni çox diqqətlə, səbirlə dinlədilər. Sağ olsunlar, Yasamal Rayon Prokurorluğuna işin ədalətli, obyektiv aparılması ilə bağlı göstəriş verdilər, ictimailəşmiş məsələni şəxsi nəzarətə götürdülər. Daxili İşlər naziri Ramil Usubov Leyla Əhmədovanı şəxsən qəbul etdi və məsələyə müdaxilə etdi. Və beləliklə də hər şey anındaca dəyişdi: Məsələyə Daxili İşlər nazirinin müdaxiləsindən sonra iş başqa araşdırmaçı heyətə həvalə edilib: “ Bəli, ötən ay Daxili İşlər naziri cənab Ramil Usubov məni qəbul elədi. Bütün faktlara baxdı və işin Yasamal polisindən alınmasına göstəriş verdi. İki müstəntiq cəzalandırıldı: Yasamal rayon polisindən iki müstəntiq Asif Əliyevə və Nizami Şiriyevə ciddi töhmət verildi. Modelyer deyir ki, iki il davam edən bu proseslər ona təkcə maddi deyil, həmdə böyük mənəvi zərbə vurub: “Həmin ərəfədə Fransada, Nyu-Yorkda təqdim edəcəyim dahi öndər Heydər Əliyevə həsr etdiyim “Azərbaycan” layihəm üzərində çalışa bilmədim, onu dünyada təqdim edə bilmədim. Çünki məni işləməyə qoymadılar. 4 dəfə məhkəmə qərarını saymayıb, işıqları söndürüb, qaz və suyu kəsirdilər ki, mən bezim oranı tərk edim. Mən də məcbur olub, əmlakımı qorumaq üçün orada qalırdım. Hazırda isə iş Ramil Usubovun göstərişi ilə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində müstəntiq Hacı Əfəndiyevə həvalə olunub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2. (oğurluq) və 322.2 (özbaşınalıq) maddələri ilə istintaq davam etdirilir. Məsələ Respublika Prokrorluqda da təsdiqlənib. İnanıram ki, bu günlərdə iş yekunlaşıb məhkəməyə göndəriləcək. Çünki mən hər bir dediyim sözü və onların cinayətlərini göstərən faktları foto, audio, video sübutlarla cinayət işinə və mediaya təqdim etdim. Azərbaycan mədəniyyətinə dəyər verən, sənətsevər şəxsiyyətlər, Leyla Əhmədovanın Azərbaycan mədəniyyəti, moda aləmi üçün olan əsl dəyərini anlayan seçilmişlər bu mübarizədə modelyeri tək qoymadılar. Onlar da L. Əhmədovanın Prezidentə olan müraciəti zamanı ona dəstək oldular: “Mənə dəstək olan hər kəsə təşəkkür edirəm: Xalq artistlərimiz Fidan - Xuraman Qasımovalar, Afaq Məlikova, Nisə Qasımova, Eldar Quliyev, Afaq Bəşirqızı, əməkdar artist Ədalət Şükürov, Azərbaycan Dizaynerlər İttifaqının katibi Yunusov Nazim, xalq rəssamı Ömər Eldarov hər birnizə təşəkkür edirəm ki, məni tək buraxmadınız. Hazırda isə məsələ cənab nazirin nəzarətindədir. O üzdən də ürəyim rahatdır, bilirəm ki, tezliklə haqq- ədalət öz yerini tapacaq. Və cinayət törədənlər həbs olunacaq”.

O cür acınacaqlı şəraitdə belə yaradıcılığından əl çəkməyən Leyla Əhmədovanın şedevr əsəri: “ Qazlar məhəlləsi BAY – NİZİ “

Leyla Əhmədova aylardır ki, o məkanı qorumaq üçün iş yerində qalırdı. Korupsioner Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlu Leyla Əhmədovanın xanım olduğunu nəzərə almayıb onunla “kişi” kimi mübarizə aparırdılar. Leyla xanım isə ürəyini Allaha bağlayıb səbr edirdi. Modalar evini tərk edən L. Əhmədova başına gələnləri qısaca olaraq “Qazlar məhəlləsi Bay-Nizi” adlandırdığı film vasitəsilə nümayiş etdirəcək. Film çox maraqlı, məzəli və mənalı ultimatumlarla zəngindir. Filmdə nümayiş olunan səhnələr əslində sənətkar gözü ilə tamaşaçıya komik şəkildə çatdırılır. Tragi-komediya olan “Qazlar məhəlləsi Bay-Nizi”ni anlamaq üçün hədəfiniz bəlli olmalıdır. Filmin ssenarisi L. Əhmədovanın 2 illik iş yeri, muzeyi, modalar evi olan “Bay LA”-da keçirtdiyi real günlərin sənətkar gözü ilə nümayişidir. Filmin həm rejissoru, həm ssenarisi, müəllifi, stilisti Leyla Əhmədovadır.(xeberci.az)

[gallery columns="1" size="full" ids="52888,52889,52891,52892">

Son xəbərlər
Bütün xəbərlər »