Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq polis rəsini 185 min manat dələduzluqda ittiham edilir
Fərhad Məmmədxanov məhkəmədə özünü ittihamla təqsirli bilməyib

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq polis rəisi Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Dələduzluqda təqsirləndirilən F.Məmmədxanov Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi olub. Polis pokovniki Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. O, həbs edilməmişdən əvvəl DİN orqanlarından çıxarılıb.

185 min manatlıq itiham

Bizimyol.info xəbər verir ki, aprelin 4-də hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının elan etdiyi ittihama görə, Fərhad Məmmədxanov tanışı Eldar Hənifəyevi iş görmək adı ilə aldadıb. Balıq satışı işi görməyi və yaxşı qazanc əldə etməyi təklif edən Fərhad ondan 185 min dollar alıb və hər ay da qazanc kimi Eldar Hənifəyevə 6 ay 5 min dollar verərək onun etibarını qazanıb.

Daha sonra pulunu ala bilməyən E.Hənifəyev ondan şikayətçi olub.

Fərhad Məmmədxanov elan edilən ittihamla özünü təqsirli bilmədiyini deyib.

"Hələ ona "sağ ol" da deyirdim ki, ayda mənə 3 min qazandırır"

Prosesdə zərərçəkmiş Eldar Hənifəyev ifadə evrib. O, Fərhad Məmmədxanovla ailəvi yaxın və çox səmimi olduqlarını deyib: "Mənə təklif elədi ki, yaxşı qazanclı iş var. Deyirdi ki, artıq polisdə də pul çıxmır. Mən də inanıb 185 min verdim. Qazanc olaraq 6 ay 5 min dollar verdilər. Mən də həmin puldan 2 min dollarını Fərhada vermişəm. Əvvəldən demişdim ki, əgər aylıq 5 min qazanc olsa, 2 minini sənə verərəm. Hələ ona "sağ ol" da deyirdim ki, ayda mənə 3 min qazandırır".

E.Hənifəyev əlavə edib ki, Fərhad bu işi Gülməmməd adlı şəxslə görürdü. "Bir neçə dəfə də pulu mən özüm gedib götürmüşəm. Amma sonra məlum oldu ki, balıq işi yoxdur. Toyuq təsərrüfatı işi görülüb. Pul şəxsi işlərinə görə xərclənib. Mən özüm Salyanda təsərrüfatla məşğul olanda pulumu tələb elədim. 150 mini iş üçün verdim. 35 min də əvvəl vermişdim. Heç onu demirəm. 150 mindən 30 mini qaytarılıb".

"Şikayəçiyəm, inanmıram ki, çıxandan sonra da pulumu qaytarsın"

Hazırda təqsirləndiriləndən şikayətçi olduğunu deyən zərərçəkmiş qeyd edib ki, ona 30 min veriblər. "İstintaqda razılıq ərizəsi vermişəm ki, 30 min verirlər, mən də qalan pul ödəniləcəyi təqdirdə şikayətimi geri götürəcəm. May ayında pulun qaytarılacağı deyilib. Amma 3-4 ildir pulumu ala bilmirəm. İnanmıram ki, çıxandan sonra da pulumu qaytarsın".

Növbəti proses aprelin 18-ə təyin edilib.

Qeyd edək ki, F.Məmmədxanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib və barəsində həbs-qətimkan tədbiri seçilib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »