İsrailin Baş naziri Benyamin Netanyahu azad edilmiş israilli girovları salamladığı müraciədə deyib ki, o və kondası ölkənin bütün qaçırılanlan insanlarını geri qaytarılmasına nail olmaq əzmindədir.
Bizimyol.info xəbər verir ki, onun çıxışını baş nazirin mətbuat xidməti yayıb.
"Bu gün Or, Eli və Ohad evə qayıtdılar. Sara ilə mən onları və qiymətli ailələrini təbrik etdik", – deyən Netanyahu bu anın bütün İsrail üçün əhəmiyyətini vurğulayıb.
O, çıxışında bir daha HƏMAS-ın hərəkətlərini pisləyib, terror təşkilatının qəddarlığını xatırladıb. "Həmas canavarlarının nə qədər qəddar olduğunu bir daha gördük. Vətəndaşlarımızı qətlə yetirən, girovlarımızı təhqir edən həmin canavarlardır. Mən onlara bir daha deyirəm: girovlarımızı incidən hər kəs bunun əvəzini ödəyəcək", – deyə vurğulayıb.
İsrail hökumətinin başçısı bildirib ki, oğurlanmış bütün insanların azad edilməsi prioritet vəzifə olaraq qalır. "Biz qaçırılanların hamısını geri qaytarmaq üçün hər şeyi edəcəyik. Biz onların təhlükəsizliyini təmin edəcəyik və tezliklə azadlığa qovuşduracağıq", – deyən o, bunun vasitəçilərə çatdırılması üçün nümayəndə heyətinə aydın göstərişlər verdiyini əlavə edib.
Netanyahu həmçinin qeyd edib ki, bu məsələdə ABŞ prezidenti Donald Tramp tərəfindən tam dəstəklənir. "Biz girov götürülən insanların hamısını geri qaytarmaq üçün hər şeyi edəcəyik, lakin HƏMAS o zaman var olmayacaq", – deyə baş nazir bildirib.
Netanyahu: "Həması məhv edəcəyik və qaçırılanlarımızı geri qaytaracağıq. Bu təlimatdır - biz bunu mütləq edəcəyik", - deyə əlavə edib.
Qadir, Bizimyol.info