Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində torpaq sürüşməsi 10 ev dağıdıb, 30 nəfər itkin düşüb
Çində torpaq sürüşməsi 10 ev dağıdıb, 30 nəfər itkin düşüb

Çinin Sıçuan əyalətində torpaq sürüşməsi nəticəsində 10 ev uçqunaltında qalıb, 30 nəfər itkin düşüb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, bölgəyə bir neçə xilasetmə qrupu göndərilib. Sürüşmə nəticəsində 2 nəfər xilas edilib, 200-ə yaxın insan isə təhlükəsiz ərazilərə təxliyə edilib.

Çin prezidenti Si Tsinpinq rəsmilərə itkin düşənlərin axtarışı və insan itkilərinin minimuma endirilməsi üçün hər cür səy göstərməyi tapşırıb.

Çin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasedicilər yüzlərlə insan itkisinin qarşısını almaq üçün səylərini davam etdirir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »