Bu gün - fevralın 8-də Hacıqabul rayonunda zəlzələ olub.
Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.
Məlumatda qeyd edilib ki, yerli vaxtla saat 18:31-də Şirvan stansiyasında 3,1 bal gücündə olan zəlzələ qeydə alınıb.
Zəlzələ Hacıqabul rayonundan 20 kilometr şimalda baş verib.
Zəlzələ ocağı yerin 38 kilometr dərinliyində olub. Zəlzələ hiss olunmayıb.