Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapılıb
Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapılıb

Fevralın 7-si saat 14.00 radələrində paytaxtın Səbail rayonunda fərdi yaşayış evində meyit tapılıb.

Bizimyol.info Teleqrafa istinadən xəbər verir ki, vəfat edən şəxsin 1977-ci il təvəllüdlü Vadim Qriqorov olması müəyyənləşdirilib.

Mərhumun ölüm səbəbini öyrənmək məqsədi ilə müvafiq ekspertiza təyin olunub.

V.Qriqorov 1999-cü ildə Qərb Universitetinin (hazırda Qərbi Kaspi) politologiya ixtisasını bitirib. O, nəqliyyat sahəsində çalışan beynəlxalq "Larson Logistics" şirkətinin Xəzər regionu üzrə direktoru idi.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »