Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həmas üç israilli girovu təhvil verib
Həmas üç israilli girovu təhvil verib

Qəzza zolağında azad edilən 3 israilli Qırmızı Xaça təhvil verilib və İsrail ordusuna göndərilib.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

“Qırmızı Xaç Cəmiyyətinin verdiyi məlumata görə, üç girov nümayəndələrə təhvil verilib və onlar Qəzza zolağında İDF qüvvələrinə göndərilir”, - deyə məlumatda bildirilir.

"Əl-Cəzirə" HƏMAS-ın təhvil verdiyi girovların görüntüsünü yayıb. Səhnədə demək olar ki, ayaq üstə güclə dayanmış insanlar görünüb. Onlar inanılmaz dərəcədə çəki itiriblər.

HƏMAS israilliləri səhnəyə çıxararaq onlardan açıqlamalar alınan görüntülər yayıb. Guya onlardan İsrail hökumətinə mesaj çatdırmağı xahiş ediblər. Daha sonra israillilər Qırmızı Xaç avtomobillərinə qədər müşayiət olunub. Bu dəfə hər şey sakit ötüşüb, girovlar kordonun arxasında aparılıb.

Belə ki, üç girov Qırmızı Xaça təhvil verilib. Bütün Qırmızı Xaç avtomobilləri İMQ-nin nəzarətində olan Qəzza zolağına doğru yönəlib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »