Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qanunsuz ova cəhd edən şəxs saxlanılıb
Qanunsuz ova cəhd edən şəxs saxlanılıb

Şirvan Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qırmızıkənd ovçuluq təsərrüfatının ərazisində qanunsuz ova cəhd edən şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti məlumat verib.

Araşdırma zamanı ova cəhd edən şəxsin Masallı rayonu Xırmandalı kənd sakini Elnur İsmayılov olduğu məlum olub və ondan ov tüfəngi götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

Son xəbərlər
Bütün xəbərlər »