Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İsrailə 7,41 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ İsrailə 7,41 milyard dollarlıq silah satışını təsdiqləyib

ABŞ administrasiyası İsrailə yeni silahların, o cümlədən müxtəlif kateqoriyalı minlərlə raket və sursatın ümumi dəyəri 7,4 milyard dollar olan satışını təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, Pentaqonun Müdafiə, Təhlükəsizlik və Əməkdaşlıq Agentliyinin Konqresə göndərdiyi bildirişə əsasən, ABŞ Dövlət Departamenti İsrailə 7,4 milyard dollarlıq yeni silah satışına icazə verib.

Belə ki, ABŞ administrasiyası İsrailə ümumi dəyəri 660 milyon dollar olan 3000 ədəd AGM-114 Hellfire raketi, o cümlədən bomba, sursat, bələdçi dəstləri, raketlər, sursat dəstəyi və müvafiq avadanlıqların ümumilikdə 6,75 milyard dollar satışını təsdiqləyib.

İsrailə 2166 kiçik diametrli bomba, 2800 ümumi təyinatlı 500 kiloqramlıq bomba, 13000 Birgə Birbaşa Hücum Sursatının (JDAM) bələdçi dəsti, eləcə də minlərlə bomba və müxtəlif kateqoriyalar üzrə təlimat dəsti çatdırılacaq.

Sözügedən silah satışının təsdiqinin İsrailin baş naziri Binyamin Netanyahunun Vaşinqtonda olduğu dövrə təsadüf etməsi diqqət çəkib.

NATO üzvü olan Cənubi Koreya, Avstraliya, Yaponiya, İsrail və Yeni Zelandiyanın xarici ölkələrə silah satışına 15 günlük etiraz müddəti var ki, bu müddət ABŞ administrasiyası tərəfindən təsdiqlənib və Konqresə rəsmi məlumat verilib. Bu müddət ərzində Konqresdən satışın qarşısını almaq üçün heç bir etiraz alınmazsa, satış üçün təsdiqləmə prosesi tamamlanır.

Hellfire raketlərinin tədarükünə 2028-ci ildə başlanacağı, əlavə silahların isə 2025-ci ildə təhvil veriləcəyi gözlənilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »