Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni əmək və əhalinin sosial müdafiəsi nazirinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Sərəncama əsasən Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilb.
Prezidentin bundan öncəki sərəncamı ilə Anar Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.