Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur “Formula-1” çempionu Bakıda xarab “Jiquli”ni təmir etmək istədi və...
Məşhur ingilis “Formula-1” pilotu, 90-cı illərin ən nüfuzlu yarışçılarından olan və 1996-cı ildə Dünya çempionu adını qazanan Deymon Hill Bakıda keçirilən “Formula-1” yarışları günlərində xarab “Jiquli” ilə qarşılaşıb və onu təmir etmək istəyib.

Virtualaz.org xəbər verir ki, Deymon Hill “Sky Sports F1”dan olan həmkarı Ted Kravitslə birlikdə yarış günlərinin birində paytaxtın mərkəzi küçələri ilə gecə gəzintisinə çıxarkən qarşısına xarab olmuş “Jiquli” və maşını təmir etməyə çalışan sürücü çıxıb.

“Bu kasıb oğlan qız tanışını şəhərdə gecə gəzintisinə çıxarmışdı, ancaq onun “Lada”sı xarab olmuşdu. Bax belə nasazlıq. Mən ona köməyimi təklif elədim, ancaq qorxuram ki, qadını qarşısında onun kişiliyini təhqir elədim. Ona görə də nə qədər ki, sürücü əlindəki qayka açarı ilə üstümə cummayıb, mən bu məşğuliyyəti bir kənara qoyub kütlənin arasında itməyə tələsdim”-Hill Drivertribe-də yazır.

Məşhur pilot xarab “Jiquli”nin və onu təmir etməyə çalışan sürücünün fotosunu da paylaşıb.

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Bakı əhalisinin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
Son xəbərlər
Bütün xəbərlər »