Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı sakinləri etirazlarını bildirmək üçün yolu bağladılar - VİDEO
Bizimyol.info xəbər verir ki, dünən axşam saat 7-də yasamal rayon Şərifzadə 12 ünvanında yerləşən Aspirantlar yataqxanasının sakinləri, daha dəqiq desək 30 ailə  etiraz aksiyası keçirərək ATV kanalının yaxınlığında yolu bağlayıblar.

15 dəqiqə müddətində yolu bağlamış  yataqxana sakinləri ilə o saatda evlərinə getmək istəyən, lakin yol bağlandığı üçün gecikən adamlar arasında gərginlik yaşanıb. Yasamal rayon 28 saylı polis bölməsinin əməkdaşları hadisəyə müdaxilə ediblər. Polislər aksiya iştirakçılarından dağılmağı xahiş edərək onların problemlərinin həllinə kömək edəcəklərini bildiriblər. Aspirantlar yataqxanasının sakinləri Yasamal Rayon İcra başçısı ilə görüşmək istədiklərini bilidirblər və polislər bu görüşün təşkil olunacaqlarını vəd etdikdən sonra aksiya dağılıb.

Bu gün Yasama rayon icra başçsı Elmlər Akademiyasının Aspirantlar yataqxanasının sakinlərini qəbul edərək onların problemləri ilə dərindən maraqlanacağını, lakin bunun üçün  vətəndaşların seçkilərdən sonra gəlmələrini söyləyib.

Qeyd edək ki, Elmlər Akademiyasının Aspirantlar Yataqxanasının sakinləri tikinti şirkəti ilə AMEA arasına yaranmış  anlaşılmazlıq səbəbi ilə  əllərində müqavilə olmasına baxmayaraq, köçməli olduqları mənzilllərə köçə bilmirlər və evsiz qalmaq qorxusu yaşayırlar. Bu qalmaqal artıq uzun müddətdir davam edir. Yataqxana sakinləri dəfələrlə müxəlif qurumlara müraciət etsələr də problem həllini tapmayıb.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »