Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İctimai nəqliyyat sərnişinlərə xidmət edir, yoxsa qrafikə?
Bakı şəhərində fəaliyyət göstərən bir çox marşrut xətləri (BakuBus avtobuslar istisna olmaqla) şəhərin küçələrində nəqliyyatın sıxlaşdığı zaman marşrut xətlərində dəyişikliklər edirlər. Tərtib olunmuş qrafik üzrə gecikmək istəməyən sürücülər də yolu yarımçıq qoyub marşrut xəttinin başlandığı nöqtəyə dönürlər. Konkret olaraq hər gün rastlaşdığım faktı demək istəyirəm. 61 nömrəli marşrut xətti M.F.Axundov kitabxanasının yanından yola düşür.Milli Bank , Tibb Universiteti , 9 mk. r aşağı hissəsindın keçir. Tərtib olunmuş cədvələ əsasən 5 dəqiqədən bir xəttə avtobus buraxılır.

Lakin hər gün axşam saat 6-dan sonra bu avtobuslar Milli Bankın yanında son dayanacaq edib Sahil bağına tərəf hərəkət etməkdən imtina edirlər.Bunu yollardakı tıxacla əlaqədar qrafikdə gecikdiklərini  söyləyərək özlərinə haqq qazandırırlar. Yorğun düşmüş vətəndaş avtobusdan yarımçıq düşüb ikinci bir nəqliyyatdan istifadə etməlidir. Bu həm də əlavə  xərc çəkmədir. Üstəlik Sahil bağına tərəf  bütün dayanacaqlardakı insanlar saatlarla boşu boşuna gözləməli olurlar.  Amma bu fakta da sürücülərin cavabı var: "Hamı bilir ki, biz axşamlar ora getmirik, gözləmirlər". Bu nə dərəcədə doğrudur, sürücülərin bu özbaşınalığından Bakı Nəqliyyat Agentliyinin xəbəri varmı? Bu sullara BNA-nın mətbuat katibi Mais Ağayev cavab verir: "Hər bir marşrut xətti üzrə müəyyən olunmuş hərəkət sxemi var və marşrut xətti üzrə avtobusu idarə edən sürücü də borcludur ki, hərəkət sxemini tam olaraq dövr eləsin. Yalnız səlahiyyəti olan müvafiq qurum tərəfindən yolda hərəkət tamami ilə məhdudlaşdırılıbsa o halda sürücü alternativ yollardan istifadə etmək yoluna davam etməlidir. Bununla bağlı da əvvəlcədən məlumat verilir. Amma yolda tıxac var və intervalda gecikmə olur deyə hərəkət sxemindən sürücü yayınırsa bu yolverilməz haldır. Və bu müraciətiniz əsasənda həmin marşrut xətti üzrə daşıyıcı bu gün BNA-ya çağrılıb xəbərdarlıq ediləcək.

BNA-dan bununla bağlı hər hansı bir tapşırıq olmayıb. Hərəkət sxemində hə hansı bir dəyikilik olandan biz elə KİV vasitəsi ilə əhalini məlumatlandırırıq.Biz araşdıracayıq əgər bunu sürücülər edirsə o halda daşıyıcıdan sürücülərlə bağlı tədbir görülməsi tələb ediləcək. Yox əgərə daşıyıcı bunu edirsə o zaman daşıyıcı ilə bağlı BNA tərəfindən müəyyən tədbirlər görüləcək ki, bir daha belə hallar təkrarlanmasın",- deyə Mais Ağayev bildirib.

Sərnişinlərin nəzərinə çatdırmaq istəyirik ki, marşrut xətlərində hər hansı bir problemlə qarşılaşdıqda bu barədə sürücü ilə dava etmək əvəzinə Bakı Nəqliyyat Agentliyinə xəbər verib, təbir görülməsini tələb etsinlər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »