Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının bu ərazisi qazsız qalacaq
Bu gün Bakı şəhəri Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyi xəbər verir ki, Yasamal rayonu Əsəd Əhmədov küçəsində diametri 530 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğv olunması ilə əlaqədar, aprelin 4-də saat 10:00-dan işlər yekunlaşanadək Yeni Yasamal 1-ci və 2-ci yaşayış massivləri həmçinin Əsəd Əhmədov küçəsində təbii qazın verilişində fasilə yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Son xəbərlər
Bütün xəbərlər »