Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Meta" Trampa 25 milyon dollar ödəyəcək
"Meta" Trampa 25 milyon dollar ödəyəcək

ABŞ prezidenti Donald Trampın 2021-ci il yanvarın 6-da Konqresə hücumu səbəbiylə "Facebook" hesabı bağlandıqdan sonra şirkətə "senzura" məruz qaldığı səbəbilə açdığı iddiada razılıq əldə olunub və Metanın təxminən 25 milyon dollar ödəməyə razı olduğu bildirilir.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "The Wall Street Journal"ın yazdığına görə, adı açıqlanmayan mənbələr Trampla "Meta" arasındakı razılaşmanın təfərrüatlarını təqdim ediblər.

Mənbələr bildiriblər ki, "Meta" Trampın "Facebook" hesabının bağlanması ilə bağlı açdığı iddia çərçivəsində təxminən 25 milyon dollar ödəməyə razılaşıb.

Mənbələr "Meta"nın ödəyəcəyi pulun 22 milyon dollarının Trampın “prezident kitabxanası”na sərf ediləcəyini, yerdə qalan pulun isə “işdə iştirak edən digər şəxslərə” və vəkillik xərclərinə ayrılacağını bildirib.

Mənbələr bildiriblər ki, razılığa baxmayaraq, "Meta" yenə də ittihamları rədd edir.

"NBC News" xəbər verir ki, "Facebook", "Instagram" və "WhatsApp"ın ana şirkəti olan "Meta" federal məhkəməyə işdə razılığa gəldiyi barədə bildiriş təqdim edib. "Meta"nın Kommunikasiyalar üzrə Direktoru Endi Stoun 25 milyon dollarlıq hesablaşmanı ehtiva edən müqavilənin şərtlərini təsdiqləyib.

Tramp 2021-ci ilin iyulunda Konqres basqından sonra ona senzura tətbiq etdiyinə görə "Facebook", "Twitter" (indi X adı ilə tanınır) və "YouTube"un sahibi "Google"u məhkəməyə verəcəyini açıqlamışdı. "Amerika xalqının utanc verici senzurasına son qoyulmasını" tələb edəcəyini bildirən Tramp, bu sosial media şirkətlərini "ABŞ hökumətinin faktiki senzura qolu" adlandırıb.

"Twitter", "YouTube" və "Facebook" sosial media platformaları 2021-ci il yanvarın 6-da Trampın Konqresə hücumda iştirak etdiyi və 2020-ci il prezident seçkilərində qanun pozuntuları törətdiyi iddialarına görə onun hesablarını dondurmuşdu. Daha sonra şirkətlər Trampın bu platformalardakı hesablarını həmişəlik dayandırıblar.

6 yanvar 2021-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Trampın tərəfdarları 3 noyabr 2020-ci il seçkilərinin saxtalaşdırıldığını iddia edərək, Vaşinqtondakı National Mallda etiraz aksiyası keçirdilər. Yürüşdən sonra ifrat sağçı qruplar və Tramp tərəfdarları seçkilərin nəticələrini təsdiqləmək üçün sessiyanın keçirildiyi Konqresin binasına basqın ediblər.

Zorakılıqla davam etdirilən basqın zamanı biri polis məmuru olmaqla 5 nəfər həyatını itirib. Konqresə basqınla bağlı müxtəlif ittihamlarla təqribən 1500 nəfər mühakimə olunub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »