Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
76 milyon illik "qətl"in üstü açılıb
76 milyon illik "qətl"in üstü açılıb

Alimlər Təbaşir Dövrünə aid uçan sürünən gənc pterodaktilin qalıqlaşmış boyun sümüyündə timsahabənzər heyvanın dişləməsinin əsas əlamətlərini aşkar ediblər.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Kanadanın Alberta ştatında tədqiqat aparan paleontoloqlar Azhdarchidae ailəsindən olan pterozavrın boyun sümüyü aşkar ediblər.

Təxminən 76 milyon il əvvələ aid olan boyun sümüyünün Cryodrakon boreas cinsinə aid bir gəncə heyvana aid olduğu müəyyən edilmişdir. Pterozavrların yetkinlik yaşına çatmayanların qanadlarının 2 metr olduğu təxmin edilir, bu növün yetkinlərinin qanadları 10 metrə çatdığı güman edilir.

Dinozavrlarla yanaşı yaşayan bu pterozavrlar ailəsi indiyə qədər səmada uçan ən böyük heyvanlar olub.

Sümüyə baxan elm adamları onun üzərində 4 millimetrlik diş izi görüblər. Kanadadakı Kral Tyrrell Paleontologiya Muzeyindən doktor Kaleb Braun və onun komandası gənc pterozavrı dişləyənin timsahabənzər bir heyvanın olduğunu müəyyən edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »