Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan Ukraynaya hərbi yardımın dayandırılmadığını vurğulayıb.
Ukrayna mətbuatının verdiyi məlumata görə, o, Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında müvafiq bəyanatla çıxış edib.
“Yardımın məhdudlaşdırılmasına gəlincə, mən bu gün bu barədə danışmağa hələ hazır deyiləm. Bəzi məhdudiyyətlərin olduğunu bilirəm. Biz bunu ətraflı nəzərdən keçirməliyik. Bu gündən etibarən 90 günlük məhdudiyyət humanitar proqramlar üçündür. Bilirəm ki, dünyada əvvəllər ABŞ hökuməti tərəfindən dəstəklənən çoxlu sayda qurum var. Mən bunu bilmirəm. Yəni mən bu pulu görmürəm. Mən yalnız Ukraynanın nəyi əldən verə biləcəyini və nə etdiyimi deyə bilərəm. Mən hərbi yardıma diqqət yetirmişəm. O, dayandırılmayıb”, - deyə Zelenski qeyd edib.
Xatırladaq ki, “Politico”nun məlumatına görə, Amerikanın Ukraynaya yardımı 3 aydır ki, dondurulub. 85 gündən sonra dövlət katibi Marko Rubio Donald Trampa Vaşinqtonun Kiyevə dəstəyi bərpa etməsinin məqsədəuyğun olub-olmadığını göstərən hesabat təqdim edəcək.
Bununla belə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (CCD) əmin edib ki, ABŞ Dövlət Departamentinin xarici ölkələrə yardımı dayandırmaq əmrləri Ukraynaya hərbi dəstəyə aid deyil.
Qadir, Bizimyol.info