Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
HƏMAS İsrailli qadın əsgərləri azad edib
HƏMAS İsrailli qadın əsgərləri azad edib

Qəzza zolağında Fələstinin Həmas hərəkatı bu gün İsrail Müdafiə Qüvvələrinin (İMQ) qadın əsgərləri arasından 4 girovu azad edib.

Bizimyol.info xəbər verir ki, İsrail ordusunun məlumatına görə, azad edilmiş girovlar artıq yəhudi dövlətinin ərazisindədir.  Məlumatı baş nazir Benyamin Netanyahunun ofisi də təsdiqləyib.

“İsrail hökuməti dörd İMQ əsgərinin geri qayıtmasını səmimiyyətlə qarşılayır. Onların ailələrinə müvafiq orqanlar tərəfindən yenidən qüvvələrimizə qoşulduqları barədə xəbərdarlıq edilib”, - deyə mesajda qeyd edilib. Məlumdur ki, azad edilmiş girovlar 2023-cü il oktyabrın 7-də İsrailin cənubundakı bazalardan birindən radikallar tərəfindən qaçırılan qadın müşahidəçilərdir - Liri Albaq 19, Karina Ariyev 20, Daniela Gilboan 20, Naama Levin 20 yaş yaşlarındadırlar.

Ötən bazar günü Həmas İsraillə Qəzzada atəşkəs razılaşması çərçivəsində ilk üç girovu azad edib. Bunun müqabilində İsrail 90 fələstinli məhbusu həbsdən azad edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »