Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narışkin MKİ rəhbəri ilə görüşməyə hazır olduğunu açıqlayıb
Narışkin MKİ rəhbəri ilə görüşməyə hazır olduğunu açıqlayıb

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin bəyan edib ki, ABŞ-ın müvafiq marağı olarsa, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratklifflə görüşməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, o, görüşə hazır olması ilə bağlı ölkə mətbuatının sualını cavablandırarkən deyib.

“Biz hər zaman danışıqlara hazırıq. Amerika tərəfi xahiş edərsə, görüşməyə hazırıq”, - deyə o qeyd edib.

XKX və MKİ arasında əlaqələrin hələ də mövcud olub-olmadığını sualına: “Bizim Vaşinqtonda rəsmi nümayəndəmiz var, Mərkəzi Kəşfiyyat İdarəsinin Moskvada rəsmi nümayəndəsi var”, - deyə qısa cavab verib.

Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin iştirakı ilə cümə axşamı Con Ratkliffə MKİ direktoru vəzifəsində and içib. 59 yaşlı Ratcliffe 26 may 2020-ci ildən 20 yanvar 2021-ci ilə qədər ilk Tramp administrasiyası dövründə ABŞ milli kəşfiyyatının direktoru vəzifəsində çalışıb. Bu vəzifəyə təyin olunana qədər o, beş ilə yaxın Nümayəndələr Palatasında işləyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »