Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna 18-25 yaşlı gəncləri hərbi xidmətə çağırmağa hazırlaşır
Ukrayna 18-25 yaşlı gəncləri hərbi xidmətə çağırmağa hazırlaşır

Yaxın günlərdə Ukrayna Prezidentinin İşlər İdarəsi 18-25 yaş arası kişilərin hərbi xidmətə çağırılması ilə bağlı qanunvericiliyə dəyişiklik təklif edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Milli Təhlükəsizlik və Müdafiə Departamentinin müşaviri Nikolay Şçur ölkə mətbuatına bildirib.

“Həm qanunvericilikdə, həm də prezidentin sərəncamlarında bir sıra dəyişikliklər olacaq. Sənədlərə müxtəlif səviyyələrdə dəyişikliklərin ediləcəyi gözlənilir. Düşünürəm ki, yaxın günlərdə təqdimat olacaq”, deyə o qeyd edib. Mmüşavir əlavə edib ki, hazırda “texniki detallar” razılaşdırılır.

Şçurun sözlərinə görə, konsepsiya Müdafiə Nazirliyi, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və ictimai təşkilatların nümayəndələrindən yaradılmış işçi qrup tərəfindən hazırlanıb. Təkliflərə Ali Baş Komandanın Qərargahında baxıla bilər.

Onun sözlərinə görə, burada müxtəlif maliyyə və digər stimulların nəzərdə tutulduğu müqavilənin könüllü imzalanmasından söhbət gedir.

Xatırladaq ki, bu yaxınlarda mətbuat Ukraynada 18-25 yaşlı gənclərin hərbi xidmətə çağırılması ilə bağlı islahatın gəldiyini yazmışdı. Bildirilib ki, müvafiq dəyişikliklərin hazırlanması son mərhələdədir.

Prezident Aparatının rəis müavini polkovnik Pavlo Palisanın sözlərinə görə, Ukrayna yeni hərbi xidmət variantlarını araşdırır, çünki sovet dövründən miras qalmış mövcud sistem tərəqqiyə mane olur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »