Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Meta" bu il süni intellektə 60 milyard dollardan çox pul xərcləyəcək
"Meta" bu il süni intellektə 60 milyard dollardan çox pul xərcləyəcək

"Facebook", "Instagram" və "WhatsApp" sosial media platformalarının sahibi "Meta" şirkətinin baş direktoru Mark Zukerberq bu il süni intellekt infrastrukturuna 60-65 milyard dollar xərcləməyi planlaşdırdıqlarını açıqlayıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, məsələ ilə bağlı "Facebook"dakı paylaşımında Zukerberq bu ilin süni intellekt üçün həlledici olacağını vurğulayıb.

"Meta AI" süni intellekt vasitəsinin bu il 1 milyarddan çox insana xidmət göstərən "aparıcı" köməkçi olmasını gözlədiyini ifadə edən Zukerberq, süni intellekt modeli "Llama 4"ün ən qabaqcıl modelə çevriləcəyini bildirib və "Ar-Ge" səylərinə artan miqdarda kod töhfə verməyə başlayacaq bir süni intellekt mühəndisi hazırlayacaqlarını qeyd edib.

Zukerberq bildirdi ki, "Meta" Manhettenin əhəmiyyətli bir hissəsini əhatə edəcək qədər böyük, 2 giqavatdan çox tutumlu məlumat mərkəzi tikib.

Bu il təxminən 1 giqavatlıq emal gücü işə salacaqlarını bildirən Zukerberq, ili 1,3 milyondan çox qrafik emal vahidi (GPU) ilə başa vuracaqlarını bildirdi.

Zukerberq: "Biz süni intellekt qruplarımızı əhəmiyyətli dərəcədə böyüdükcə, biz bu il əsaslı xərclərə 60-65 milyard dollar ayırmağı və gələcək illərə sərmayə qoymağı planlaşdırırıq",- deyə qeyd edib.

Bunu "kütləvi" bir səy kimi xarakterizə edən Zukerberq bunun gələcək illər üçün əsas məhsullarını və bizneslərini idarə edəcəyini, "tarixi innovasiyalara" qapı açacağını və ABŞ-ın texnologiya liderliyini genişləndirəcəyini söyləyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »