Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqlara qadağa qoyduğu üçün Ukrayna münaqişəsinin həlli ilə başlı danışıqlar apara bilməz.
Bizimyol.info xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Zelenskinin “müqavilə üzrə danışıqlara hazır olması” sözlərini şərh edərkən vurğulayıb.
“Zelenski danışıqlar aparmağa hazır ola bilməz – yoxsa “hesablaşma” sözünü işlətmək daha məqsədəuyğun olardı. Çünki razılığa gəlmək üçün danışıqlar aparılmalıdır. Zelenski özü fərmanı ilə danışıqlara qadağa qoyub”, - deyə Kremlin sözçüsü bildirib.
Putin daha əvvəl demişdi ki, Moskva Ukrayna münaqişəsi ilə bağlı ABŞ-ın yeni administrasiyası ilə dialoqa açıqdır, ən əsası böhranın əsas səbəblərini aradan qaldırmaqdır. O, həmçinin qeyd edib ki, Rusiya Federasiyası ilkin şərt olmadan, lakin 2022-ci il İstanbul razılaşmaları əsasında və “hazırki şəraitdə inkişaf edən reallıqlara əsaslanaraq” danışıqlar aparmağa hazırdır.
Qadir, Bizimyol.info