Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Suriya ilə azad ticarət razılaşmasını yeniləməyi nəzərdən keçirəcək
Türkiyə Suriya ilə azad ticarət razılaşmasını yeniləməyi nəzərdən keçirəcək

Türkiyə və Suriya ticarət əməkdaşlığı, həmçinin gömrük əməliyyatlarını müzakirə edərək, azad ticarət sazişinin yenilənməsi imkanlarını araşdırmaq barədə razılığa gəliblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyinin bəyanatında deyilir.

“Tərəflər iqtisadi münasibətlərə daha əhatəli yanaşmanın inkişafı üçün 2011-ci ildə müddəti başa çatan azad ticarət sazişinin yenilənməsi üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər”, - deyə nazirlikdən mətbuata verilən məlumatda qeyd edilib.

Gömrük rüsumları sisteminin auditinin aparılması barədə də qərar qəbul edilib. “Bütün sərhəd məntəqələrində hər iki ölkə tərəfindən eyni məbləğdə tətbiq olunacaq bəzi mallar üçün gömrük rüsumlarına yenidən baxılması qərara alınıb”, - deyə Ticarət Nazirliyi məlumat yayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »