Ağ Ev ölkədə bir gündə 538 sənədsiz immiqrantın saxlandığını, 373 nəfərin saxlanması üçün müraciət edildiyini bildirdi.
Bizimyol.info xəbər verir ki, Ağ Evin sosial media platforması "X"də edilən açıqlamada ABŞ Gömrük və Sərhəd Mühafizəsinin (ICE) ölkənin müxtəlif bölgələrində 538 sənədsiz immiqrantı saxladığı bildirilib.
Açıqlamada qeyd olunub ki, 373 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. “Bu, Prezident Donald Tramp administrasiyasının ölkəmizin sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün atacağı addımlara sadəcə bir baxışdır”, - deyə açıqlamada qeyd edilib.
Saxlanılan şəxslərin bəzilərinin adları və törətdikləri cinayətlər “nümunə kimi” "X"də paylaşılıb.
Bəzi həbslərin edildiyi Newark Bələdiyyə Başçısı Ras Baraka mövzu ilə bağlı açıqlama verib: "Nyuark dayanıb insanların qanunsuz olaraq terrora məruz qalmasına tamaşa etməyəcək", - deyə qiymətləndirmə aparıb.
Nyuarkdakı əməliyyatı "dəhşətli" olaraq xarakterizə edən Baraka saxlanılanlardan birinin ABŞ veteranı olduğunu vurğulayıb.
Qadir, Bizimyol.info