ABŞ prezidenti Donald Tramp kriptovalyutalar üzrə işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Tramp Ağ Evdə keçirilən imza mərasimində kriptovalyuta bazarına dəstək istiqamətində mühüm addım atıb.
Bu çərçivədə Tramp kriptovalyutalar üzrə işçi qrupunun yaradılmasını nəzərdə tutan fərman imzalayıb. Fərmana əsasən, “Rəqəmsal Aktiv Bazarları üzrə İşçi Qrup” adlanan quruma rəqəmsal aktivlər üçün federal tənzimləyici bazanın hazırlanması və strateji milli rəqəmsal aktiv fondunun yaradılmasını qiymətləndirmək tapşırılacaq.
Fərmanda, həmçinin qurumlara rəqəmsal aktiv bazarlarına təsir edən və ləğv edilməli və ya dəyişdirilməli olan qaydalarla bağlı işçi qrupuna tövsiyələr təqdim etmək tapşırılıb. Digər tərəfdən, fərman qurumlara Mərkəzi Bank Rəqəmsal Valyutasını (CBDC) inkişaf etdirməyi və ya buraxmağı qadağan edib.
Seçki kampaniyası zamanı Tramp ABŞ-ı “planetin kriptovalyutası və dünyanın Bitcoin supergücü” edəcəyinə söz vermişdi. Bazar ertəsi vəzifəyə başlayan prezident, federal agentlik rəhbərlərindən "uzaqdan iş tənzimləmələrinə son qoymağı" və bütün federal hökumət işçilərinin həftədə beş gün ofis işlərinə qayıtmasını tələb edən bir sərəncam imzalayıb, bu da bəzi işçilərin işini itirəcəyi mənasını verdi.
Çərşənbə günü Trampın qərarından sonra ABŞ Personal İdarəetmə Ofisindən qurumlara göndərilən məktubda, "bütün işçilərin 30 gün ərzində ofisə tam ştatlı qayıtmasını qarşısına məqsəd qoymaları" tapşırılıb.
Fərman bəzi federal hökumət işçiləri, onların yaxınları və mövzu ilə bağlı ekspertlər tərəfindən tənqid olunub, bəzi ekspertlər isə Trampın qərarının bir çox cəhətdən tam şəkildə həyata keçirilməsinin çox çətin olacağını və federal xərcləri artıracağını iddia ediblər.
Əmək eksperti Mika Kross CNN-ə bildirib ki, yeni tələb bəzi qruplar, məsələn, "həyat yoldaşının təyin olunduğu yerdə yaşamalı olan" hərbi və xarici xidmət işçilərinin həyat yoldaşları üçün xüsusilə dağıdıcı ola bilər.
Kross xatırladıb ki, Vaşinqtonda federal iş üçün işləyən digər ştatlardan olan insanların qanunvericiliyə uyğun olaraq paytaxta köçməsi və maaşlarının həmin şəhərdəki yaşayış səviyyəsinə uyğun olaraq artırılması tələb olunacaq.
Trampın sözügedən fərmanında: “İcra hakimiyyətində olan bütün idarə və qurumların rəhbərləri distant işləməyə tez bir zamanda son qoymaq və işçilərin öz iş yerləri üzrə tam ştatlı işlərinə qayıtmaları üçün bütün lazımi addımları atacaqlar; idarə və müəssisə rəhbərləri zəruri hesab etdikləri hər hansı istisnaları edəcəklər”, - deyə qeyd edilir.
Digər tərəfdən, iş yeri araşdırma firması "Gallup" keçən ilki sorğu hesabatında bildirdi ki, “10 uzaq işçidən 6-sı bu çevikliyə malik olmasaydı, başqa yerdə iş axtarma ehtimalı yüksək olardı”.
Qadir, Bizimyol.info