Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Prezident İlham Əliyevin fikirlərinin Çinin aparıcı televiziya kanalında efirə verilməsi dəyərli addımdır"
"Prezident İlham Əliyevin fikirlərinin Çinin aparıcı televiziya kanalında efirə verilməsi dəyərli addımdır"

“Davos Qlobal İqtisadi Forumu ölkəmiz üçün siyasi və iqtisadi məsələlərin müzakirəsi üçün bir fürsətdir. Bu forumda dünyanın siyasi və iqtisadi dairələrin ölkəyə və dövlət başçısına olan münasibəti müəyyən olunur”.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan prezidentinin Davosa səfərinin ilk günündə Çinin CGTN televiziya kanalına müsahibəsi olub.

Azər Badamov Azər Badamov

“Çin dünyanın əsas iqtisadi güc mərkəzidir. Dövlət başçımızın dəyərli fikirləri Çinin aparıcı televiziya kanalında efirə verilməsi ölkəmizə olan marağından və dövlət başçımızın liderliyinə verilən böyük dəyərin göstəricisidir.

Sonra qarşı tərəflərin müraciəti əsasında 13-dən çox ikitərəfli görüşlər keçirmişdir. Qarşı tərəflərin müraciətləri dövlət başçımızın şəxsiyyətinin və Azərbaycanın nüfuzunun və hörmətinin göstəricisidir. Dövlət başçımız dövlət rəhbərləri ilə görüşlərdə ölkələr arası əməkdaşlığın və münasibətlərin dərinləşdirilməsi ətrafında müzakirələr aparmışdır. O cümlədən qlobal şirkətlərin rəhbərləri ilə görüşlərdə şirkət rəhbərləri Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirirlər”-deyə deputat qeyd edib.

Azər Badamov hesab edir ki, Azərbaycan iqtisdiyyatı dinamik inkişaf edən, sabitliyi təmin olunmuş və investisyalara açıq ölkədir: “Bu baxımdan xarici investisiyaların yatırılması ilə bağlı aparılan müzakirələr həm ölkəmizə yeni investisiyaların axmasına, həm də investorların mənfəət götürməsinə yol açacaq”.

Deputatın fikrincə, bu baxımdan Davos İqtisadi Forumu bir beynəlxalq platforma olaraq ölkəmizə yeni fürsətlər qazandırır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »